SOSİUM

Sabaha olan - HAVA PROQNOZU
07 SENTYABR
304

Sabaha olan - HAVA PROQNOZU

2016-09-07 12:51:00
Sentyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fins.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 25-30° isti, Bakıda gecə 20-22° isti, gündüz  28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində - 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.               
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz  26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272