SOSİUM

7 günə xarici dili necə öyrənmək olar? – ÜSULLAR
23 AVQUST
250

7 günə xarici dili necə öyrənmək olar? – ÜSULLAR

2016-08-23 10:17:00

Yeni bir dili öyrənmək üçün mütləq xaricə getmək lazımdır? Berlindən yaşayan  və artıq 10 dilə yiyələnmiş, əkiz qardaşlar həftəyə bir dili öyrənməyi qarşılarına məqsəd qoyublar. Qardaşlar xarici dil öyrənənlərlə öz təcrübələrini paylaşırlar.

1 həftəyə nəyi çatdırmaq, nə öyrənmək olar?

Əgər siz 1 həftəyə nəticə əldə etməyi planlaşdırırsınızsa o zaman nə qədər səy göstərməlisiniz? Metyu və Mixael Yulden poliqlot-əkiz qardaşları bu sualı özlərinə verərək, qısa müddət ərzində türk dilini öyrəməyi qərara aldılar. Bu məqsədə nail olmaq üçün onlar bütün digər işlərini ikinci plana çəkərək, hər gün 8 saat türk dilinə vaxt sərf edirdilər. 

Dünyanın ən bacarıqlı poliqlotlarının xarici dili öyrəmək üçün istifadə etdikləri 7 əsas prinsiplə sizi tanış edirik: 

1. Məqsədinizi müəyyənləşdirin 

Əvvəlcədən özünüz üçün aydınlaşdırın ki, bu dil sizə niyə lazımdır prinsipi? Bu sizə məqsədə necə nail olmağa yardımçı olacaq. 

Əkiz qardaşların məqsədi “beyinlərini məşq etdirmək” idi. Berlində 300 min türkün yaşadığını, şəhərin Kroytsberq və Noyköln rayonlarında isə türk dilində olan yazıların çoxluğu əkiz-qardaşları məhz türk dilini öyrənməyə ilhamlandırdı.

2. Stikerlərdən (yapışqan kağız) istifadə edin

Qoy sizi əhatə edən bütün məkan üzərində öyrəndiyiniz dilə aid sözlər yazılmış stikerlərlə dolu olsun prinsipi. Özünüz də bunu hiss etmədən, qısa bir zamanda yeni leksikanı qavrayacaqsınız. Çünki bütün tədris materialları artıq gözünüzün önündədir.

Əkizlər türk dilini öyrənməyə başlayan kimi bütün mənzili stikerlərlə doldurdular. Lüğətlə silahlanan əkiz-qardaşlar gündəlik həyatlarında onları əhatə edən hər bir əşyanın türk dilində tərcüməsini müəyyənləşdirərək, onun üzərinə aidiyyatı stikeri yapışdırırdılar. Nəticə etibarı ilə 1 saatdan sonra stikerlər bütün ev əşyalarının türk dilində qarşılığını ifadə edirdi və artıq yeni sözlər öyrənmədən kofe süzmək, otaqda işığı yandırmaq mümkün deyildi. 

3. Özünüzə tərəfdaş tapın.

Məqsədə tək yox, birgə nail olmaq daha maraqlıdır prinsipi. Fərq etməz bu zaman sizi motivasiya edən (ruhlandıran) rəqabət və ya qarşılıqlı məsuliyyətdir. İkinci bir nəfərin təkcə mövcudluğu belə sizi irəli getməyə vadar edəcək.

Əkizlərin dilin öyrənilməsi prosesində bir-birilərinə ehtiyacları olduğu evi stikerlərlə dolduran zaman bəlli oldu. Onlar bir-biri ilə ötüşür, biri digərinin gördüyü işi yoxlayırdı. Daha sonra qardaşlar öyrənəcəkləri mövzuları da öz aralarında böldülər və bununla da hər ikisi bir-biri üçün əvəzolunmaz yeni informasiya (bilik) mənbəsinə çevrildi. “Bəs bunun adı türkcə necədir?” sualına qardaşlar asanlıqla cavab verirdilər. Lakin ən maraqlısı həftə sonu, qardaşların danışıq dillərini almandan türk dilinə dəyişdikləri zaman başladı. Çay və ya kofe içmək təklifi, şam yeməyini kim hazırlayacaq, sabaha nə kimi plan var və digər gündəlik mövzuların hamısı türk dilində danışılırdı.  

4. Qarşınıza “mini-məqsədlər” qoyun

Böyük məqsədə nailiyyət yolu bir qədər kiçik “mini-məqsədlər” yolundan keçir prinsipi. 

Çətinlikləri tədricən aradan qaldırın və öyrəndiyiniz dili gündəlik həyatınıza tətbiq etməyə çalışın. Bu və ya digər insanla öyrədiyiniz dildə hər hansısa bir mövzuda söhbət etmək üçün siz mövzunu və mövzuya aid yeni sözləri öyrənməlisiniz. Lakin bu kiçik nailiyyətdən alacağınız ilham sizə yeni güc verəcək və sizin dili öyrənmək istəyiniz artacaq. 

Bir həftə ərzində Metyu və Mixael qarşılarına çoxsaylı mini-məqsədlər qoyurdular. Tədrisin ilk günü onlar türk dostunu qonaq çağırdılar. O, qardaşları türkcə salamlayaraq, onların ilkin uğurlarını qeyd etdi. Bundan sonra onlar bütün meyvələrin türk dilinə adlarını və 0-dan milyarda qədər say rəqəmləri öyrəndilər. Sonda əkiz qardaşlar türk dostları ilə birgə Kroytsberqdə yerləşən türk bazarına yollandılar. Bu türk dili öyrənən qardaşların biliklərinin ilk rəsmi sınağı idi və bazarda 9 kq kinkan alandan sonra onlar məqsədlərinə nail olduqlarını anladılar. Ancaq bu hələ son deyildi. 

5. Dilin dərinliklərini öyrənməyə çalışın

Etdiyiniz hər bir şey öyrənməkdə olduğunuz dillə bağlı olmalıdır prinsipi. 

Dilini öyrəndiyiniz ölkənin milli yeməklərini yeyin, onların musiqilərinə qulaq asın, yerli filmlərinə baxın. Bununla beyniniz öyrənməkdə olduğunuz dilin dərinliklərinə dalacaq. Beləliklə də siz yeni motivasiya mənbələri aşkarlayaraq, xarici dili öyrənməyə davam edəcəksiniz.

İkinci gün əkiz-qardaşlar türkiyə istehsalı olan çoxlu məhsullar aldılar və elə yemək zamanı qablaşdırma üzərində olan bütün yazıları (məhsulun tərkibi, kalorisi, askiya və xüsusi təkliflər) oxumağa başladılar. Gündəlik türk dilinin öyrənilməsi üçün ayrılmış 8 saat tam şəkildə türk sözləri ilə zəng idi. Bu müddət ərzində dil öyrənmə prosesinin intensivliyi dəyişirdi, ancaq heç bir halda dayandırılmırdı. 

6. Artıq əldə etdiyiniz biliklərdən istifadə edin 

Dilin dərinliklərini öyrəndikcə siz daha çox informasiya əldə etmiş olursunuz prinsipi. Buna görə də müəyyən paralellər aparın, öyrəndiyiniz yeni dilin sözləri ilə artıq bildiyiniz dilin sözləri arasında analogiya aparın.

Əkizlərdən tez-tez “Bu demək olar ki, o şey kimi eynidir” ifadəsini eşitmək olardı. Onlar daimi artıq bildikləri məlumatları yeni sözlərin öyrənilməsində istifadə edirdilər. Beləliklə qardaşlar nəyinki etimologiyaya aid maraqlı paralellər aparır, həm də yeni sözlərə uyğun hazır asossiasiyaları uyğunlaşdırırdılar. Bununla da yeni sözləri yadda saxlamaq asanlaşırdı. 

7. Yeni tədris metodlarını araşdırın 

Siz artıq öz cığırınızı müəyyən etmisiniz, sizə rahat olan dil öyrəmə üslunuz var, lakin yeniliklərdən də qaçmaq lazım deyil prinsipi

Əkizlər uzun müddət dili ancaq kitablar və kompüter vasitəsi ilə öyrənirdilər. Onlar aidiyyatı çalışmaları yerinə yetrir, sözləri əzbərləyir, dialoqlar qurmağa çalışırdılar. Ancaq bu hələ hamısı deyil. Kitablara paralel onlar internet üzərində türk radiolarına qulaq asır, türk futbolunu izləyirdilər.

Xarici dilə yiyələnmək üçün vahid və 100% uğurlu bir tədris metodu mövcud deyil. Tək bir müəllim və ya proqram tətbiqi də sizə çox kömək ola bilməyəcək. Dil canlı bir varlıqdır və onu öyrənmək üçün danışmaq, yazmaq və oxumaq lazımdır. Sadalanan hər üç varianta aid onlarla fərqli tədris elementi tapmaq olar.

Əksər hallarda xarici dil öyrənin şəxs həftədə bir dəfə dil dərsinə gedir və dərs bitən kimi öz ana dilinə qayıdır və bununla da 1 gün ərzindən öyrəndiyi az miqdarda məlumat belə yadından çıxır. Bunun baş verməməsi üçün hər gün yeni bir metoddan istifadə edin. Öyrəndiyiniz dilə aid bir neçə mahnıya qulaq asın, həmin dildə olan xəbərləri oxumağa çalışın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275