SOSİUM

UNEC tələbələri Fransada təhsil alacaq
17 AVQUST
100

UNEC tələbələri Fransada təhsil alacaq

2016-08-17 11:15:00

2016/2017-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 10 tələbəsi Fransanın Montpellier Universitetində təhsil alacaq. Bu barədə Fins.az-a UNEC-dən bildirilib.

UNEC və Montpellier Universiteti arasında reallaşdırılan ikili diplom proqramına qoşulan beş tələbə bir akademik tədris ili ərzində Fransada təhsil almaqla dörd illik təhsil müddətinin sonunda həm UNEC, həm də Montpellier Universitetinin bakalavr diplomlarını əldə edəcəklər. Digər beş tələbə isə universitetlərarası tələbə mübadiləsi proqramı çərçivəsində bir semester ərzində CEFAM-ın kreditlərini qazanacaqlar. Sevindirici haldır ki, bu tələbələrdən üçü eyni zamanda Erasmus+ təqaüdünə də layiq görülüb.

Fransanın Azərbaycandakı səfirliyində növbəti tədris ilində Fransada təhsil alacaq gənclərlə görüş keçirilib. Görüşdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşez Fransada təhsil alacaq 50 tələbəni təbrik edib, Azərbaycanla Fransa arasında təhsil sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib və iki ölkənin universitetləri arasında ikitərəfli əlaqələrin əhəmiyyətindən danışıb. Tədbirdə Fransada təhsil alacaq gənclər arasında UNEC tələbələri və məzunlarının üstünlük təşkil etdiyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272