SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
16 AVQUST
875

Sabaha olan – HAVA PROQNOZU

2016-08-16 12:31:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin avqustun 17-nə olan məlumatına görə: 

Bakıda və Abşeron yarımadasında

 hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyilə əvəz olunacaq.

Havanın temperaturunun gecə  21-25, gündüz  30-35, Bakıda gecə 23-25, gündüz  33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75, gündüz  30-40 faiz təşkil edəcək.               

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26, Türkan, Hövsan, Sahil, Şıxda  27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

hava şəraiti əsasən yağmursuz keşəcək.  Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz  33-38,  dağlarda gecə 15-19, gündüz  25-30 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoz

Avqustun 17-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271