SOSİUM

İl ərzində on minə yaxın uşaq valideyn ayrılığına şahid olub
05 AVQUST
118

İl ərzində on minə yaxın uşaq valideyn ayrılığına şahid olub

2016-08-05 09:40:00

Son 21 il ərzində Azərbaycanda boşanmaların sayı artıb.

Fins.az-ın Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən verdiyi məlumata görə, 1995-ci ildə Azərbaycanda rəsmi orqanlar tərəfindən 5 669, 2005-ci ildə 8 895, 2011-ci ildə 10 747, 2012-ci ildə 11 087, 2013-cü ildə 11 730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma qeydə alınıb.

Azərbaycanda ötən il boşanma hallarının yarısı - 6 950-si uşağı olmayan ailələrdə qeydə alınır. Ötən ilki boşanmaların 2 838-i 1 uşağı, 2 976-sı iki və daha çox uşağı olan ailələr tərəfindən qeydə alınıb.

Ötən il 1 uşaqlı, iki və daha çox uşağı olan olan ailələr tərəfindən qeydə alınan boşanmaların sayı artıb.

Boşanmış uşaqlı ailələrdə olan uşaqların sayı 9 378 olub. Onların 6 540-sı iki və daha çox uşağı olan ailələrin övladlarıdır.

Ötən il 9 378 uşaq boşanma nəticəsində valideynlərinin biri ilə qalıb.

Ölkə üzrə olan bütün boşanmaların 4 253-ü Bakının, 820-si Abşeron iqtisadi rayonunun, 1 877-i Gəncə-Qazax, 636-ı Şəki-Zaqatala, 586-sı Lənkəran, 598-i Quba-Xaçmaz, 2 012-i Aran, 916-sı Yuxarı Qarabağ, 435-i Kəlbəcər-Laçın, 299-u Dağlıq Şirvan, 332-i Naxçıvan Muxtar Respublikasının payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275