SOSİUM

Bu ərazilərdə su olmayacaq
04 AVQUST 2016
360

Bu ərazilərdə su olmayacaq

2016-08-04 09:46:00

Bakının bəzi ərazilərində suyun verilməsində fasilələr olacaq. "Azərsu" ASC-dən fins.az-a verilən xəbərə görə, İzmir küçəsində yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 4-də gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə - İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271