SOSİUM

İqtisad Universitetində təhsil almaq üçün - 25 SƏBƏB
03 AVQUST
388

İqtisad Universitetində təhsil almaq üçün - 25 SƏBƏB

2016-08-03 09:09:00

1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. 21 ixtisas üzrə 18 mindən çox tələbə və magistrant təhsil alır.

1. Ölkə üzrə “SABAH” qruplarında təhsil alan tələbələrin 30 %-i İqtisad Universitetinin payına düşür.

2. İqtisad Universitetində 5 ixtisas üzrə bütün dərsləri ingilis dilində tədris edən Beynəlxalq İqtisadiyyat Məktəbi fəaliyyət göstərir.

Beynəlxalq İqtisadiyyat Məktəbində tədris tamamilə ingilis dilində aparılır. İstisna Azərbaycan dili, Mülki Müdafiə və nitq mədəniyyəti fənləridir. Məktəbdə ingilis dili tədrisinin unikal metodikası yaradılıb və bu da tələbələrə hazırlıq ili oxumadan 4 ilə universiteti bitirmək imkanı yaradır.

Beynəlxalq İqtisadiyyat Məktəbində dərs deyən müəllimlər hər biri dövlət idarələri və şirkətlərində, özəl sektorda bir çox hallarda yüksək vəzifə tutan peşəkarlardır. Onların arasında SOCAR, SOFAZ, Mərkəzi Bank, BP, Ernst&Young, Deloitte və s. kimi nüfuzlu şirkət və qurumların əməkdaşları var. Tələbələr müəllimlərin vasitəsi ilə əmək bazarına çıxış əldə edirlər.

 3. İqtisad Universitetində hər bir tələbə rektor ola bilər.
3. İqtisad Universitetində hər bir tələbə rektor ola bilər.
3. İqtisad Universitetində hər bir tələbə rektor ola bilər.

Tələbələrin universitetin idarə edilməsi prosesinə cəlb olunması ilə yanaşı, onlardaözünüidarəetmə bacarığının formalaşdırılması üçün “Tələbə Rektor” layihəsi həyata keçirilir.

Tələbə Rektor universitetin tələbələri arasından 1 il müddətinə seçilir.

 4. 2014-cü ildə təşkil olunan Məzun Yarmakasında rekord sayda – 110 dövlət, özəl müəssisə iştirak edib və 800 vakansiya təklif olunub.

5. İqtisad Universitetinin Karyera Mərkəzində hər il 2000 tələbəyə təlim və seminarlar keçirilir.

5. İqtisad Universitetinin Karyera Mərkəzində hər il 2000 tələbəyə təlim və seminarlar keçirilir.
5. İqtisad Universitetinin Karyera Mərkəzində hər il 2000 tələbəyə təlim və seminarlar keçirilir.

Karyera Mərkəzi 26 noyabr 2008-ci ildə yaradılmışdır. Mərkəz  Azərbaycan Dövlət İqtisad Univesiteti, Azərbaycan Respubliksı Gənclər və İdman Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə layihəsidir.

Gənclər üçün Karyera Mərkəzinin yaradılmasında başlıca məqsəd gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.

MƏRKƏZİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

1. Tələbələrin məlumat bazasının hazırlanması;
2. Tələbələrin inkubasiya mexanizminin hazırlanması;
3. «Gənclər üçün Karyera Mərkəzi»nin internet portalının yaradılması və idarə olunması;
4. Gənclər üçün əmək yarmarkalarının təşkil edilməsi və keçirilməsi;
5. Analitik qrupların yaradılması;
6. Biznes layihələrin hazırlanması və konsaltinq xidmətlərinin təşkili;
7. Ali məktəblərdə Mərkəzin nümayəndələrinin (tyutorlar) müəyyən edilməsi.

6. İqtisad Universitetində tələbələrə təcrübi və işgüzar bacarıqlar aşılamağa yardım edən Virtual Müəssisə yaradılıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri və magistrantları iş təcrübəsini elə ali məktəbin özündə əldə edirlər. Buna 2013-cü ildən universitetin nəzdində fəaliyyət göstərən virtual müəssisə imkan verir.

Müəssisənin adı da təyinatına uyğundur – yalnız kompüter proqramlarında mövcud olan «Numberoid» şirkətində 20 tələbə çalışır. Virtual şirkətin ofisi ofis avadanlıqları ilə təchiz edilib və burada əsl korporativ mühit hökm sürür.

Əslində virtual müəssisələr dünyada geniş yayılıb. Belə müəssisələri birləşdirən “Pen İnternational” təşkilatının şəbəkəsinə 42 ölkədən 7500 virtual müəssisə daxildir və onlar əsasən, ABŞ, Kanada kimi ölkələrdə, eləcə də Şərqi Avropa, Mərkəzi Asiya regionlarında yayılıb. Məsələn, Rumıniyada 1017, Slovakiyada 779, Çexiyada 759, Sloveniyada 252, Serbiyada 151, Monteneqroda 95, Kosovoda 80, Makedoniyada 56, Moldovada 35, Bosniya və Hersoqovinada isə 16 belə müəssisə var. Azərbaycanda isə virtual müəssisələrin sayı 2-dir. Bunlardan biri Xəzər universitetində, digəri isə UNEC-də yaradılıb. Məqsəd tələbə və magistrantların işgüzar bacarıqlar əldə etməsi və onları inkişaf etdirməsi, əmək bazarının reallıqları və korporativ dəyərlərlə tanış olmasıdır.

Virtual müəssisəyə işə qəbul adi iş yerlərində olduğu kimi, müsahibə yolu ilədir. Bunun üçün universitetin rəsmi internet səhifəsində elan verilir, tələbə və magistrantlardan CV-lər toplanılır. Seçim zamanı adətən sonuncu kurslarda təhsil alan bakalavrlara (təcrübə keçməli olanlara) və magistrantralara üstünlük verilir. Amma istənilən halda potensiallı şəxslər müəssisəyə işə qəbul edilir. Azərbaycandakı başqa iş yerlərində olduğu kimi burada da ingilis dili bilənlər tələb olunur, amma dil tələbi hamı üçün deyil: ingilis dilini o adamlar bilməlidir ki, onların işi xarici tərəfdaşlarla ticarət sövdələşməsi aparmaq olacaq. Hər vəzifə üçün ingilis dili tələbi yoxdur.

Hazırda “Numberoid” şirkətində 20 nəfər işləsə də, tezliklə bu rəqəmin 10 dəfə artırılması nəzərdə tutulub. Belə ki, tezliklə iki növbəli tədris əsasında gün ərzində müəssisədə 40 nəfər işləyəcək ki, bu da öz növbəsində eyni vaxtda 200 nəfərin bu layihədən faydalanması deməkdir.

«Numberoid» virtual müəssisə olsa da, onun əsas səqsədi tələbələri real iş həyatına uyğunlaşdırmaqdır. Reallıqda isə hər şey qaydasında olmur, ofis həyatı iş gəiginlikləri, stresslər, rəhbərliyin tələbləri, işin vaxtında icrası ilə bağlı məsuliyyətlər deməkdir.

«Numberoid»də iş təcrübəsi cəmi 3 aydır. Hər bir tələbə və magistrant virtual müəssisədə bu qədər işləyir, sonra onları başqaları əvəz edir. Bu müddətdə onlara iqtisadi qanunvericilik, kommersiya hüququ, bank işi, mühasibat uçotunun beynəlxalq standartları və müxtəlif mövzularda təlimlər keçirilir, onlar əmək bazarının tələblərinə uyğun hazırlanırlar.

Yaxşı işləyən, yəni əməliyyatlarının sayı çox olan, xarici virtual müəssisələrlə sıx əlaqələr yaratmağı bacarmış iştirakçılara beynəlxalq sertifikat verilir. Məsələn, indiyə qədər 127 nəfər bu müəssisədə işləyib ki, onlardan da 9-u “Pen İnternational” təşkilatının sertifikatına layiq görülüb. Bu isə gələcək iş həyatı, uğurlu karyera qurmaq üçün çox əhəmiyyətlidir. Məsələn, bu virtual müəssisədə uğurlu təcrübə qazanmışlar arasında hazırda “PAŞA Bank”da işləyənlər, “Holcim Azerbaijan” şirkətində ödənişli təcrübə keçənlər var.

 7. Azərbaycanda ilk İnnovativ Biznes-İnkubator İqtisad Universitetində yaradılıb.
7. Azərbaycanda ilk İnnovativ Biznes-İnkubator İqtisad Universitetində yaradılıb.
7. Azərbaycanda ilk İnnovativ Biznes-İnkubator İqtisad Universitetində yaradılıb.

Universitetdə İnnovativ Biznes-İnkubator yaradılıb. İnnovativ Biznes-İnkubatorun mahiyyəti ondan ibarətdir ki, tələbələr öz ideyalarını ortaya qoysunlar və layihələrə çevirsinlər. Universitetdə layihələrin icrası üçün tələbələrə şərait yaradılır. Hazırda universitetdə 7 tələbə layihəni uğurla həyata keçirir. Universitetdə tələbələrin hazırladığı startap layihələrindən biri ölkəmizdə həyata keçirilən NETTY müsabiqəsində ikinci yerə layiq görülüb.

 8. UNEC tələbələri imtahan nəticələrini əvvəlcədən bilirlər.
8. UNEC tələbələri imtahan nəticələrini əvvəlcədən bilirlər.
8. UNEC tələbələri imtahan nəticələrini əvvəlcədən bilirlər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri imtahana nə dərəcədə hazır olduqlarını əvvəlcədən öyrənə bilirlər. Bunun üçün onlar universitetdə işə düşmüş «Özünü sına» layihəsindən istifadə edirlər. Tələbələr bu proqrama yerləşdirilən imtahan testlərinə cavab verməklə hansı qiymət alacaqlarını dəqiqləşdirirlər.

 9. Azərbaycanın 6 naziri, 6 komitə sədri və 8 millət vəkili İqtisad Universitetinin məzunlarıdır.
9. Azərbaycanın 6 naziri, 6 komitə sədri və 8 millət vəkili İqtisad Universitetinin məzunlarıdır.
9. Azərbaycanın 6 naziri, 6 komitə sədri və 8 millət vəkili İqtisad Universitetinin məzunlarıdır.

Fazil Məmmədov – Azərbaycan Respublikasının Vergilər naziri

İsmət Abasov – AR Baş nazirinin müavini

Şahin Mustafayev – Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının Təhsil naziri

Ramin Quluzadə – Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar naziri

Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Səlim Müslümov – Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri

Heydər Əsədov – Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri

10. Tədrisin interaktiv və müasir texnologiyalar əsasında təşkilini həyata keçirən Elektron Universitet Platforması ölkədə ilk dəfə İqtisad Universitetində gerçəkləşdirilib.

UNEC ilk dövlət universitetdir ki “Elektron Universitet” elektron idarəetmə platformasının tədbiqinə müvəffəqiyyətlə başlayıb.

UNEC-də 2015/2016-ci tədris ilindən tətbiq olunmağa başlayan “Elektron universitet modeli”nin məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi, şəffaf və səmərəli təhsil mühitinin yaradılması və tədris prosesinin idarəedilməsinin müasir tələblər səviyəsində qurulmasıdır.

Elektron universitet sistemi tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi üçün geniş imkanlar yaradır:

  • Fakültələr üzrə dərs cədvəllərinin elektronlaşdırılması və dərs cədvəlləri haqqında müəllim və tələbələrin elektron qaydada məlumatlandırılması;
  • Elektron jurnalların tətbiqi nəticəsində imtahanaqədərki balların (kollokvium, seminar balları, sərbəst işlər və davamiyyət) avtomatik hesablanması;
  • Tədris materiallarının elektron variantının müəllimin şəxsi kabinetində yerləşdirilməsi (mühazirə mətnlərinin, təqdimatların, audio və video materialların və s.);
  • Təqvim-tematik planların və sillabusların elektronlaşdırılması;
  • Tələbələr arasında məmnunluq sorğusunun elektron qaydada keçirilməsi;
  • Differensial əmək haqqı sisteminin tətbiq edilməsi və professor-müəllim heyətinin elmi, pedaqoji və şəxsi inkişaf fəaliyyətlərinin qiymətləndirilməsi;
  • Kollokviumların və imtahanların elektron qaydada keçirilməsi;
  • Universitet üzrə professor-müəllim heyətinin və tələblərin vahid elektron platformasının yaradılması və s.
 11. İqtisadUniversiteti “Webometrics”in açıqladığı reytinq sıralamasında ölkə universitetləri arasında birinci yerdədir.

Dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən olan “The Ranking Web” və ya “Webometrics” son siyahısını açıqlayıb. Siyahıya görə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015-ci ilin iyul ayında tutduğu 4469-cı pillədən 4137 pilləyə yüksəlib. Bununla da UNEC Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayıb.

Webometrics göstəricilərinə əsasən UNEC ən böyük çəki əmsalına malik olan təsir (Impact) meyarı üzrə liderliyi qorumaqla bərabər açıqlıq (Opennes) sahəsində iki dəfədən çox irəliləyib, yüksək keyfiyyət (Excellence) meyarı üzrə isə 51 pillə yüksəlib. Bu irəliləyişə əsasən, UNEC Mərkəzi və Şərqi Avropa regionu üzrə 3117 ali təhsil müəssisəsi arasında 340-cı, Avropa qitəsi üzrə 6055 universitet arasında 1244-cü, Avrasiya qitəsi üzrə isə 14994 ali məktəb arasında 2643-cı yerdədir.

UNEC bu göstəricilər üzrə Azərbaycan ali təhsil müəssisələri arasında yeganə universitetdir.

Webometrics reytinq sistemi haqqında: Webometrics sistemi internet saytı olan universitetlərin məlumat bazası əsasında onların reytinqini müəyyən edir. 2004-cü ildən başlayaraq Webometrics ildə iki dəfə yanvar və iyul aylarında universitetlərin reytinqini hazırlaryır. Bu iki ayın ilk 10 günü məlumatlar əldə edilir və ayın 28-dən tez olmayaraq ayın sonunda reytinq müəyyənləşir. Webometrics reytinq sistemi digər reytinq sistemlərindən kəskin fərqlənir. Burada heç bir universitetdən müraciət qəbul olunmur, qəbul forması da yoxdur, hətta əlaqə saxlamaq üçün e-mail ünvan bele göstərilməyib. Sistem sırf internet üzərinden xüsusi indikatorlarla veb sistemdə olan universitetlərin məlumatlarını analiz edərək onlara reytinq verir.

 12. İqtisad Univeristetində əlilliyi olan tələbələrin təhsil almasına şərait yaradan mərkəz yaradılıb.

Əlilliyi olan tələbələr üçün Mərkəzin məqsədi UNEC tələbələrinin geniş akademik inkişafını təmin etmək və onlarda xüsusi qabiliyyətini aşkar etməkdir. Bu Mərkəz əlilliyi olan tələbələrin təhsil alma imkanlarının mütəmadi yaxşılaşdırılması istiqamətində çalışır.

Mərkəz UNEC-də əlilliyi olan tələbələrə bərabər hüquqlu təhsil imkanları, geniş və pozitiv sosial mühit yaradaraqı, onların təhsil prosesində uğurlu fəaliiyət göstərmələri üçün proqram və informasiya bazası ilə təmin edir. Mərkəz tələbələrinin UNEC-də təhsil almaq məqsədlərinin reallaşdırılması üçün bütün gücünü əsirgəməyəcəkdir.

Mərkəz əlilliyi olan tələbələrin xüsusi istedad və qabiliyyətlərini aşkarlayıb, onların sosial və intellektual inkişafı üçün şərait yaradır. UNEC tələbələrin tam inkişafına zəruri olan bütün sahələrdə universitet strukturuna tam inteqrasiyasına, Mərkəzlə birgə fəaliyyətinə peşəkar dəstək verir.

 13. İqtisad Universitetində gündəlik efirdə olan tələbə radiosu – Radio UNEC fəaliyyətə başlayıb.
13. İqtisad Universitetində gündəlik efirdə olan tələbə radiosu - Radio UNEC fəaliyyətə başlayıb.
13. İqtisad Universitetində gündəlik efirdə olan tələbə radiosu - Radio UNEC fəaliyyətə başlayıb.

Tələbələrin asudə vaxtını səmərəli keçirməsi, məlumatlandırılması üçün ən uyğun ünvan Radio UNEC-dir! Ketyfiyyətli yayım, zövq oxşayan musiqi, universitetimizin həyatı və dünyada baş verən yenilikləri Radio UNEC-də dinləmək imkanınız var!Radio UNEC-in proqramını formalaşdıran tələbələrdir. Bizim radioda hər iki saatdan bir təqdim olunan xəbərlər informasiya proqramında Azərbaycan və dünyanı əhatə edən iqtisadi yenilikləri dinləmək, tələbə və müəllimlərimizin iştirakı ilə maraqlı layihələrlə tanış olmaq, əyləncəli viktorinaların iştirakçısına çevrilmək və nəhayət zövqlü musiqiyə köklənmək mümkündür.

 14. Ölkədə ilk dəfə Elektron Apellyasiya Sistemi İqtisad Universitetində tətbiq edilib.
14. Ölkədə ilk dəfə Elektron Apellyasiya Sistemi İqtisad Universitetində tətbiq edilib.
14. Ölkədə ilk dəfə Elektron Apellyasiya Sistemi İqtisad Universitetində tətbiq edilib.

Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən yeni innovativ layihə olan Elektron Müracət Sisteminin köməkliyi ilə tələbələr operativ şəkildə apellyasiya müraciətlərini edə və nəticələrini öyrənə bilərlər. Bunun üçün “erize.unec.edu.az” saytına daxil olmaq kifayətdir. Sistem imtahan sessiyasının obyektiv və şəffaf təşkilinə, həmçinin tələbənin vaxtına qənaəti təmin edir.

 15. İqtisad Universiteti Azərbaycanda ilk dəfə olaraq London Universiteti/ London İqtisadiyyat Məktəbinin (LSE) Beynəlxalq proqramına qoşulub.

ADİU dünyanın iqtisadyönümlü qabaqcıl ali məktəblərindən olan London Universitetinin İqtisadiyyat Məktəbi (LSE) ilə razılaşma memorandumu imzalayıb.

Bu memorandum geniş mənada LSE tədris modelinin Azərbaycana gətirilməsini və London Universitetinin bakalavr diplomunun bu ölkəyə getmədən ADİU-da əldə olunmasını nəzərdə tutur. Memoranduma əsasən, ADİU-da LSE-nin bakalavr dərəcə proqramı təşkil olunacaq. Üçillik proqram çərçivəsində mühasibat və maliyyə, biznes və menecment, iqtisadiyyat və maliyyə, iqtisadiyyat və menecment ixtisasları üzrə mütəxəssislər hazırlanacaq.

Bütövlükdə ingilis dilində aparılacaq tədris prosesində yalnız LSE-nin dərsliklərindən istifadə ediləcək. Tədris prosesinə LSE-dən dəvət edilən professorlar, eləcə də əsasən Avropada və Amerikada təhsil almış yerli müəllimlər cəlb olunacaqlar. Oksbric Təhsil Xidmətinin (Oxbridge Educational Services) dəstəyi ilə reallaşdırılacaq proqram üzrə təhsil alan tələbələr LSE-nin London kampusunda təhsil alan tələbələrlə eyni hüquqa malik olacaq və proqramın sonunda London Universiteti LSE-nin vahid formalı diplomunu əldə edəcəklər.

 16. Ölkədə ilk dəfə olaraq İqtisad Universitetinin MBA Departamenti EFMD(European Foundation for Management Development (Busines School Accreditation)) təşkilatına tam hüquqlu üzv qəbul edilib və 5 universitet tərəfindən müsbət rəyalıb.

Respublikada ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin MBA De­par­tamenti EFMD (European Foundation for Management Development (Busines School Accreditation)) təşkilatının 1 iyun 2015-ci il tarixin­dən etibarən tam hüquqlu üzv qəbul edilib.

Baş ofisi Belçikanın Brussel şəhərində yerləşən bu təşkilatın əhatə dairəsinə  ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə də daxil olmaqla 81 ölkədən 800-dən artıq akademik təşkilatlar, biznes, dövlət xidməti və məsləhət xidməti qurumları daxildir. EFMD – idarəetmənin inkişafı sahəsində informasiya mübadiləsi, tədqiqatların aparılması, innovativ ideyaların və təlim metodlarının işlənibhazırlanması, bu sahə üzrə qabaqcıl təcrübələrin mübadiləsi, biznes təhsil müəssisələrinin rasionallaşdırılması üzrə yeganə təşkilatdır.

Qlobal miqyasda tanınmış bu təşkilat dünyanın aparıcı təhsil sistemlərinin standartlarına cavab verən  biznes məktəblərinin, onların biznes təhsili proq­ram­ları­nın, korporativ universitetlərin və texnologiyalara əsaslanan tədris proqram­la­rı­nın  qiymətləndirilməsi üzrə akreditasiya xidmətlərini həyata keçirir.

Azerbaycan Dövlət İqtisad Universitetinin MBA Departamenti EFMD-yə tam üzv olması ali təhsil müəssisəsinin biznesin idarə edilməsi üzrə proqram heyəti və magistrantlarının mübadiləsinə, bilik paylaşmasına  və dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlığına  geniş imkanlar yaradır.

 17. İqtisad Universitetində əməkdar müəllim, əməkdar elm xadimi, “Tərəqqi” medalına layiq görülmüş 68 nəfər çalışır.

18. İqtisad Universitetində tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə Yaradıcılıq Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəz universitetin istedadlı və həvəsli tələbələrini müvafiq dərnəklərə cəlb edir, mütəmadi şəkildə gənclərin məşqlərini təşkil edir. Mərkəz universitet tələbərini dərnəklərin fəaliyyəti barədə məlumatlandırır, tələbələri dərnəklərə cəlb edərək əlavə bacarıqlar qazandırır, ədəbi-bədii yaradıcılıq tədbirlərini təşkil edir, tələbələrin iştirakı ilə bədii əsərləri səhnələşdirir, tələbələrdən ibarət rəqs ansamblı yaradır və təkmilləşdirir, universitet tələbələrindən ibarət həvəskar musiqi ansamblı, rəssam qrupu, aparıcı və müğənni qrupu yaradır. Mərkəz tərəfindən tələbələrin əl işlərindən ibarət sərgilər açılır, tələbələrin iştirakı ilə konsert və bədii proqramlar hazırlayır. Xarici mədəni yarışlarda, bədii tədbirlərdə ali təhsil müəssisəsinin adından təmsil edilməsini təşkil edir.

Mərkəz universitetin fəaliyyət istiqamətləri üzrə və ictimaiyyət üçün maraqlı ola biləcək tədbirlərin keçirilməsi ilə bağlı təkliflər hazırlayır. Mərkəz işin peşəkar formada təşkili üçün digər ali təhsil müəssisələri ilə təcrübə mübadiləsi aparır. Fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin təcrübəsini öyrənir və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlayır.

 19. İqtisad Universiteti Qafqazın ən böyük iqtisadiyyat yönümlü ali məktəbidir.
19. İqtisad Universiteti Qafqazın ən böyük iqtisadiyyat yönümlü ali məktəbidir.
19. İqtisad Universiteti Qafqazın ən böyük iqtisadiyyat yönümlü ali məktəbidir.

Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycanın təhsil tarixində özünəməxsus yeri və rolu olan təhsil müəssisələrindən biridir. Universitet bu gün Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsidir. Ən müasir maddi-texniki bazaya malik, təlim-metodik vəsaitlərinin zənginliyi ilə seçilən, bir sıra digər istiqamətlər üzrə əksər regional universitetlərə örnək ola biləcək ali təhsil mərkəzidir.

 20. İqtisad Universiteti bu günə qədər 130 mindən artıq mütəxəsis hazırlayıb.
20. İqtisad Universiteti bu günə qədər 130 mindən artıq mütəxəsis hazırlayıb.
20. İqtisad Universiteti bu günə qədər 130 mindən artıq mütəxəsis hazırlayıb.
 
21. İqtisad Universitetində 77 elmlər doktoru, o cümlədən 73 professor çalışır. Ali məktəbdə 507 fəlsəfə doktoru, 347 dosent fəaliyyət göstərir.

 22. İqtisad Universiteti 25 ixtiraya müəlliflik şəhadətnaməsi və patent almışdır.
22. İqtisad Universiteti 25 ixtiraya müəlliflik şəhadətnaməsi və patent almışdır.
22. İqtisad Universiteti 25 ixtiraya müəlliflik şəhadətnaməsi və patent almışdır.
 
23. Azərbaycan tarixində ilk dəfə olaraq İqtisad Universiteti Avropa İttifaqına üzv ölkədə -Yunanıstanın Qərbi Makedoniya Texnoloji Təhsil İnstitutu ilə birgə kadr hazırlığını həyata keçirir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Yunanıstan Respublikasının Qərbi Makedoniya Texniki Təhsil İnstitutu arasında bağlanan əməkdaşlıq memorandumuna əsasən “Neft və qazın idarəedilməsi və daşınması” (MOGMAT) üzrə magistr proqramı fəaliyyətə başlayıb. Proqrama əsasən UNEC-in “Beynəlxalq İqtisadiyyat” (ingilis dilli) kafedrasının müəllimi Fariz Quliyev Yunanıstanın Qərbi Makedoniya Texniki Təhsil İnstitutunda Avropa Kredit Transferi Sisteminə əsasən akademik yükü 7.5 kreditə bərabər olan “Neft və qaz sənayesinin iqtisadiyyatı” fənnini müvəffəqiyyətlə tədris edib və bununla da UNEC proqram çərçivəsində bir ilkə imza atıb.

 24. İqtisad Universitetində imtahan sessiyalarının gediş prosesi youtube vasitəsilə canlı yayımlanır.

https://www.youtube.com/watch?v=zeiTSs8twO8

25. İqtisad Universitetində əcnəbilərin, təkrar ali təhsil və yenidən hazırlanmada tələbələrin qəbul qaydaları tam elektronlaşdırıb.

Mənbə: Kenquru.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271