SOSİUM

Evdə işləmək niyə daha sərfəlidir? - ARAŞDIRMA
01 AVQUST
311

Evdə işləmək niyə daha sərfəlidir? - ARAŞDIRMA

2016-08-01 14:31:00

Dünyada ofisə getmədən, evdən işləyənlərin sayı gündən günə artır. “Global Workplace Analytics.com”un məlumatlarına əsasən, Amerikada ofis əvəzinə, öz evində oturub işləyənlərin sayı 2005-ci ildən 2016-cı ilədək 103% və ya 2 dəfədən çorx artıb. Belə ki, bu ilin yanvar ayında bütün ofis işçilərinin təqribən ¼-i rəsmi iş yerindən kənarda işləyirdilər. “Gensler” dizayner şirkətinin ABŞ-ın 4 min ofis işçisini əhatə edən tədqiqatına görə, müasir işçi personal evdə və ya ofisdə olmasından asılı olmayaraq, işin öhdəsindən gəlməlidir. Məlum olub ki, ən qabaqcıl işçilər iş yerində vaxtının 74%-ni keçirir, ən “geridə qalanlar” isə - 86%-ni. İş yerindən kənarda işləməyin vacibliyi elmi cəhətdən sübut olunub.

Belə ki, alimlər müəyyən ediblər ki, iş fəaliyyətindən məmnuniyyət göstəricisi 15,1 saat kənarda işlədikdən sonra, yəni hardasa, 2 adi iş günündən sonra aşağı düşməyə başlayır. Başqa sözlə, ofisdə bir iş günündən sonra yorulan işçilər, evdə ikiqat artıq işləyə bilirlər.

İş yerindən kənarda əməyi tədqiq edən “ScienceDirect” şirkəti vurğulayır ki, bir-biri ilə demək olar ki, ünsiyyətdə olmayan işçilər daha çox uğur qazanır; bir-biri ilə daha çox kontaktda olanlar isə, birincilərə uduzur.

Mənbə: Komersant.ru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275