SOSİUM

Türkiyədə 15 universitet bağlandı - SİYAHI
24 İYUL
3548

Türkiyədə 15 universitet bağlandı - SİYAHI

2016-07-24 03:58:00

Türkiyə hökumətinin qərarı ilə ölkədəki 15 universitetin fəaliyyətinə xitam verilib.

Fins.az-ın məlumatına görə, bağlanan universitetlərin adları rəsmi qəzetlər vasitəsilə yayımlanıb.

Onların arasında Turqut Özal Universiteti, Altın Koza Universiteti, Bursa Orhangazi Universiteti, Fatih Universiteti, Mevlane Universiteti, Zirve Universiteti və FETÖ ilə əlaqəli olmaqda şübhəli bilinən digər ali təhsil ocaqlarının adları yer alıb.

Tam siyahı isə aşağıdakı kimidir:

1. Altın Koza (İpek) Universiteti (Ankara)

2. Bursa Orhangazi Universiteti (Bursa)

3. Canik Başarı Universiteti (Samsun)

4. Selahattin Eyyubi Universiteti (Diyarbakır)

5. Fatih Universiteti (İstanbul)

6. Melikşah Universiteti (Kayseri)

7. Mevlana Universiteti (Konya)

8. Şifa Universiteti (İzmir)

9. Turgut Özal Universiteti (Ankara)

10. Zirve Universiteti (Gaziantep)

11. Kanuni Universiteti (Adana)

12. İzmir Universiteti (İzmir)

13. Murat Hüdavendigar Universiteti (İstanbul)

14. Gediz Universiteti (İzmir)

15. Süleyman Şah Universiteti (İstanbul)

Bundan əlavə, ölkədə fəaliyyət göstərən 35 xəstəxana, 1043 özəl təhsil qurumu və tələbə yataqxanaları, 1229 vəqf və dərnək, 19 adda həmkarlar təşkilatı və konfederasiya da var.

Mənbə: APA TV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275