SOSİUM

Bakının 7 rayonunda su olmayacaq
19 İYUL
473

Bakının 7 rayonunda su olmayacaq

2016-07-19 10:50:00

Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib. «Azərsu» ASC-dən Fins.az-a verilən məlumata görə, qəza aradan qaldırılana qədər Bakı şəhərinin Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu və Xətai rayonlarının 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq və abonentlərin su təchizatı fasiləli (qrafik) rejimə keçiriləcəkdir.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272