SOSİUM

Su quyuları üçün 10 milyon manat - SƏRƏNCAM-SİYAHI
01 İYUL
378

Su quyuları üçün 10 milyon manat - SƏRƏNCAM-SİYAHI

2016-07-01 19:07:00

Prezident İlham Əliyev «Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında» sərəncam imzalayıb.  Fins.az-ın məlumatına görə, sərəncamda deyilir: 

"Son illərdə Azərbaycan Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirilmiş, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013-2016-cı illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,2 milyon nəfərə yaxın olan 524 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 657 subartezian quyusu qazılmış, 150 subartezian quyusunda isə qazma işlərinə başlanılmışdır.

Bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Əhalisi 380 min nəfərə yaxın olan 37 şəhər və rayonun 134 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2016-cı il.

  

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 1 iyul  tarixli Sərəncamına

Əlavə

  

2016-cı ildə qazılması nəzərdə tutulan subartezian quyularının

yaşayış məntəqələri üzrə bölgüsünə dair

siyahı

 

Şəhər,

rayon

Quyuların sayı

Yaşayış məntəqələri

  1.              

Ağcabədi

 

 

 

 

 

 

 

 

9

 

 

 

 

 

 

 

 

Yuxarı Qiyaməddinli

Poladlı

Bala Kəhrizli

Böyük Kəhrizli

Boyat

Hacılar

Kəbirli

Xocavənd

İmamqulubəyli

  1.              

Ağdam

9

Kəlbəhüseynli

Quzanlı qəsəbəsi (2 ədəd)

Çəmənli

Çullu

Əhmədağalı

Məmmədbağırlı

Qəhrəmanbəyli

Gül Baharlı

  1.              

Ağsu

1

Təklə

  1.              

Ağstafa

 

 

 

 

6

 

 

 

 

Aşağı Kəsəmən

Pirili

Poylu (2 ədəd)

Qarahəsənli 

Mollacəfərli

  1.              

Astara

1

Ojakəran

  1.              

Balakən

 

 

 

4

 

 

 

Tülü

Qullar

Gərəkli

Qasbinə

  1.              

Beyləqan

 

 

 

4

 

 

 

Kəbirli

Aşıqalılar

Təzəkənd

Dünyamalılar

  1.              

Bərdə

9

Soğanverdilər (2 ədəd)

Xanərəb

Piyadalar

Əmirli   

Qullar

Hüseynbəyli

Dəymədağıldı

Şahvəlilər

  1.              

Cəlilabad

3

Cəlilabad şəhərinin ərazisi

Təzəkənd

Üçtəpə

10         

Füzuli

 

 

 

 

6

 

 

 

 

Şıpartı ərazisi (2 ədəd)

Aşağı Seyidəhmədli  ərazisi

1 №-li Qayıdış qəsəbəsi

Böyük Bəhmənli

Arayatlı

11

Gəncə

2

Kəpəz rayonunun ərazisi (2 ədəd)

12        

Goranboy

 

 

 

 

 

 

9

 

 

 

 

 

 

Muzdurlar

Nadirkənd

Qaramusalı

Veyisli

Qaradağlı (2 ədəd)

Qızılhacılı qəsəbəsi (2 ədəd)

 Aşağı Ballıqaya

13     

Göygöl

4

Qırıqlı

Quşqara (2 ədəd)

Bəhrambağ qəsəbəsi

14        

Xaçmaz

 

 

3

 

 

Qıraqlı

Mirzəməmmədqışlaq

Köhnə Xudat

15      

Şamaxı

1

Qaravəlli

16      

İsmayıllı

 

 

 

4

 

 

 

Qalagah

Qalınçaq

Topçu

Buynuz

17    

Qax

 

 

 

 

 

6

 

 

 

 

 

Dəymədağlı

 Ləkit

Güllük

Zəyəm

Tasmalı

Böyük Alatəmir

18    

Qazax

 

Daş Salahlı  (2 ədəd)

Çaylı (2 ədəd)

Canalı

19       

Qəbələ

 

 

3

 

 

Məlikli

Zarağan

Mıxlıqovaq

20  

Quba

 

 

3

 

 

Aşağı Atuc

Mirzəqışlaq

Zərdabi qəsəbəsi

21     

Qusar

 

2

 

Kuzunqışlaq

Bədişqala

22    

Masallı

 

2

 

Banbaşı

Ərkivan

23 

Oğuz

 

 

3

 

 

Dəymədərə

Bucaq

Xaçmazqışlaq

 

Samux

 

 

 

 

 

6

 

 

 

 

 

Lək

Çobanabdallı

Zazalı

Sərkar

Qarayeri qəsəbəsi

Aşağı Ağasıbəyli

25  

Şəki

8

Şəki şəhərinin ərazisi 

Orta Zəyzid

Baş Göynük

Kosalı

Şorsu

Oxud

Aşağı Küngüt

Baş Zəyzid

26   

Şəmkir

 

 

 

 

7

 

 

 

 

Zəyəm Cırdaxan (3 ədəd)

Düyərli

Şiştəpə

Çinarlı

Qaracəmirli

27

Tərtər

 

 

 

 

7

 

 

 

 

Yuxarı Qapanlı

İlxıçılar  (2 ədəd)

Köçərli

Qaraağacı

Sarıcalı  (2 ədəd)

28         

Tovuz

 

 

 

 

 

 

8

 

 

 

 

 

 

Dönük Qırıqlı 

Aşağı Quşçu

Əyyublu

Aran

Əlimərdanlı

Alakol

Qovlar şəhəri (2 ədəd)

29   

Yevlax

 

2

 

Qaramanlı

Malbinəsi

30   

Zaqatala

 

 

 

 

6

 

 

 

 

Muxax (2 ədəd)

Yengiyan

Bəhmətli

Əliabad

Kebeloba

31  

Xocavənd

1

Nərgiztəpə ərazisi 

32 

Yardımlı

1

Deman

33  

Şuşa (Ağdam rayonunun ərazisi)

1

Mirzələr qış yatağı

34 

Laçın (Ağcabədi rayonunun Taxta-Körpü ərazisi)

1

Sadınlar obası sahəsi

35 

Qobustan

1

Təklə Mirzəbaba

36

Lənkəran

1

Şirinsu qəsəbəsi

37

Lerik

1

Lələdulan

 

Cəmi

150

134

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274