SOSİUM

İftar süfrəsinə xərclənən pullar AÇIQLANDI
01 İYUL
292

İftar süfrəsinə xərclənən pullar AÇIQLANDI

2016-07-01 13:32:00

"ACT Azərbaycan" Ramazan ayı ilə bağlı Bakı şəhəri üzrə sorğu keçirib. Şirkətdən fins.az-a verilən məlumata görə, sorğuda 400 respondent iştirak edib.

Rəyi soruşulan respondentlərin 33%-i Ramazan ayında oruc tutduğunu bildirib. Oruc tutanların yarıdan çoxunu qadınlar təşkil edir (59%).

Oruc tutanlar arasında 35-44 yaşlı paytaxt sakinləri üstünlük təşkil edir. Bu yaş qrupu ümumi oruc tutanların 29%- ni  təşkil edir.

İkinci pillədə nisbətən cavan nəsil - 25-34 yaş qrupu yer alıb (26%). Ən aşağı göstərici isə ahıl insanların yaş qrupundadır. 65 və yuxarı yaşlı insanların cəmi 6% - i Ramazan ayında oruc tutur.

Bakı sakinlərinin 8 % -i qeyri-müsəlman olduğu üçün, 59 % isə bəzi səbəblərdən oruc tutmur. Oruc tutmayanlar əsasən, səhhətində problem olanlar (35%), iş şəraitinin uyğun olmadığını deyənlər (9%), körpəyə qulluq edənlər və  hamilələrdir (3%).

Sorğundan məlum olub ki, şəhər sakinlərinin 25 faizii son 5 ildə mütəmadi olaraq oruc tutub.  29% isə  ümumiyyətlə oruc tutmayıb.

Paytaxt əhlinin 13 %-i  Ramazan ayında iftar süfrəsinə orta hesabla  3-10 AZN, 8%-i isə 11-20 AZN xərcləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270