SOSİUM

Sosial evlər Bakının hansı rayonlarında tikiləcək?
10 İYUN
658

Sosial evlər Bakının hansı rayonlarında tikiləcək?

2016-06-10 16:11:00

Sosial evlərin tikilməsi üçün torpaq sahələrinin seçilməsi prosesinə başlanılıb. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev məlumat verib.

Eləcə də bax: Sosial evlər bu şəhərlərdə olacaq - AÇIQLAMA

Bildirib ki, işlərin aparılmasına Agentliyin yaradılmasının ilk günlərindən başlanılıb. İndiyədək Bakının Binəqədi, Suraxanı və Qaradağ rayonlarında sosial evlərin tikilməsinə ayrılacaq torpaq sahələrinə baxış keçirilib:

“Çoxmənzilli binaların tikintisi işinin təşkili mürəkkəb prosesdir və kompleks yanaşma tələb edir. İşlərin səmərəli qurulması məqsədilə ilk növbədə aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə görüşlər keçirilir. Eyni zamanda, mənzillərin tikilməsi üçün ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanıb.İndiyədək Bakının əsasən Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxiş keçirilib, onların müxtəlif meyarlar üzrə (ölçüləri, topoqrafiyası, nəqliyyat və digər infrastrukturun mövcudluğu və s.) ilkin qiymətləndirilməsi həyata keçirilib”.

Eyni zamanda Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272