SOSİUM

Magistr və doktorantlara hərbi xidmətdən - MÖHLƏT VERİLƏCƏK
03 İYUN
764

Magistr və doktorantlara hərbi xidmətdən - MÖHLƏT VERİLƏCƏK

2016-06-03 13:16:00

Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub. Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc məlumat verib.
Onun sözlərinə görə, təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik təklif olunur:

“Qüvvədə olan qanunvericilik aktının 21.1.4-cü maddəsində təkcə bakalavr təhsili alanlar deyil, eləcə də bundan sonra magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulur. Bundan başqa, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətdən möhlət hüququ veriləcək”.

Eləcə də bax: Hərbi xidmətə çağırışla bağlı - SƏRƏNCAM İMZALANDI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275