SOSİUM

Xaricdə pulsuz təhsil almağın 4 metodu
24 MAY
367

Xaricdə pulsuz təhsil almağın 4 metodu

2016-05-24 08:07:00

Xaricdə pulsuz təhsil almaq üçün təsəvvür belə edə bilməyəcəyiniz ideyalar

Bugün bir çox tələbələr xaricdə təhsil almaq istəyirlər, lakin heç də hər kəsin maliyyə vəziyyəti buna imkan vermir.

Xaricdə təhsil almaq həqiqətən bahadır və bu tələbə və onun valideynlərindən böyük xərc tələb edir. Lakin, xaricdə pulsuz təhsil almaq üçün bir neçə metod var ki, bunların hər biri bu və ya digər yolla universitetlərin, dövlətin və özəl fondların göstərdiyi maliyyə dəstəyi ilə bağlıdır.

Əgər siz başqa ölkədə təhsil almaq arzusundasınızsa, lakin bunun üçün kifayət qədər vəsaitiniz yoxdursa, bu məqalədən hansı növ maliyyə dəstəyi ala biləcəyinizi öyrənəcəksiniz.

Qrantlar

Qrant – hər hansı bir konkret məqsəd üçün ayrılmış maliyyə dəstəyini izah etmək üçün qəbul olunmuş ümumi termindir. Bu cür dəstək sonradan maddi kompensasiya tələb etmir. Qrantlar xaricdə təhsil almaq üçün gözlənilən xərcləri müstəqil qarşılamaq imkanına malik olmayan tələbələrə təqdim edilir. Bu zaman tələbənin maliyyə çətinliyini təsdiqləyən sənədlər təqdim etməsi mütləqdir.

Qrantların aparılan elmi iş və eksperimentlərlə bağlı bütün xərcləri qarşılamaq üçün verilən formaları da mövcuddur. Bu zaman qrant ən yaxşı tələbələrə tədqiqatlarının və proyektlərinin inkişaf etdirilməsi üçün stimul rolunu oynayır və tələbənin maliyyə vəziyyəti ilə heç bir bağlılığı olmur. Verilmiş qrantın qüvvədə olma müddəti uzadıla bilməz. Belə ki, əgər tələbəyə artıq qrant verilibsə və o yenisini əldə etmək istəyirsə, maliyyə dəstəyinin göstərilməsi üçün müvafiq müsabiqədə yenidən iştirak etməlidir.

Təqaüdlər

Təqaüd alınması xaricdə pulsuz təhsil almağın daha bir yoludur. Maliyyə dəstəyinin bu forması tələbənin maddi imkanından çox az dərəcədə asılıdır və aşağıda göstərilən digər amillərə əsaslanır.

Bir qayda olaraq, tələbə təhsil təqaüdü almaq üçün motivasiya məktubu yazmalıdır və nəyə görə məhz onun bu maliyyə dəstəyinə layiq olmasını bildirməlidir. Tələbələrə təqaüd verilməsində, əksər hallarda, aşağıdakı amillər təsir göstərir:

  1. İstedad və nailiyyətlər

Tələbə xüsusi akademik, bədii, idman, elmi və ya könüllü fəaliyyəti ilə bağlı müvəffəqiyyətinə görə təqaüdlə təltif oluna bilər.

  1. Demoqrafik amil

Yalnız hər hansı bir etnik, gender, din, yaş və ya səhhətinə görə müəyyən şəxslərə verilən təqaüd forması da mövcuddur. Məsələn, sırf qadınlar və ya hər hansı ölkənin vətəndaşları üçün təyin edilmiş təqaüdlər vardır. Lakin, bu hər bir qadının və ya ölkənin istənilən vətəndaşının təqaüd əldə edə bilməsi demək deyil. Yəni, bu məhdudiyyətlər təqaüd almaq üçün müsabiqədə iştirak etmə kriteriyalarını müəyyən edir və bu hələ təqaüd alınmasına təminat vermir.

  1. Prioritet ixtisaslaşma

Təqaüd həm də universitet ixtisası prioritet sayılan tələbələrə təyin edilə bilər. Bu təqaüd, gələcək ixtisaslarında yüksək keyfiyyətli təhsil almaları xüsusilə vacib olan, məsələn, tibb fakültələrində təhsil alan tələbələri həvəsləndirmək üçün təsis edilir. Bu növ təqaüd universitetin ixtisaslaşdığı sahə üzrə təhsil almağı seçən tələbələrə də verilə bilər.

Yalnız müəyyən universitetlərə verilən təqaüdlər də mövcuddur. Qərb universitetlərində bu sistem, dünyanın hər yerindən ən yaxşı kadrları öz tələbələri cərgəsinə cəlb etmək məqsədilə genişləndirilir. Bu halda, illik tələbə sayı universitetin büdcəsindən və maliyyə dəstəyi göstərmək istəyənlərin sayından asılı olur. Bəzən bu cür təqaüdün verilməsi tələbə üzərinə universitetin könüllü layihələrində iştirak etmək kimi öhdəliklər qoyur.

  1. Maksimum mümkün olan təqaüd – Fellowship

Bu maliyyə dəstəyi xaricdə magistratura və ya doktorantura təhsili almaq üçün nəzərdə tutulur. Əksər hallarda, təqaüdün bu növü tələbənin yaşayış və digər xərclərini tamamilə və ya qismən qarşılayır. Magistr və ya elmlər doktorlarına bu cür maliyyə dəstəyinin təminatçıları dövlət, eləcə də, özəl və ya dövlət fondları ola bilər.

Bu növ təqaüdün verilməsi üçün müxtəlif meyarlar mövcuddur: tələbənin akademik nailiyyətləri, elmi-tədqiqat potensialı və ya onun maliyyə vəziyyəti. Bu maliyyə dəstəyinin alınması üçün ərizə, universitet vasitəsilə və ya birbaşa tələbələrin maliyyələşdirilməsi ilə məşğul olan bu və ya digər təşkilata təqdim edilə bilər.

  1. Elmi tədqiqat təqaüdü

Bu təqaüd yalnız magistr və ya elmlər doktoru dərəcəsinə malik şəxslərə verilir. Bu təqaüd təhsilin davam etdirilməsi üçün maliyyə dəstəyi və ya boş vaxtlarında dosent (professor köməkçisi) kimi çalışmaq üçün əmək haqqı formasında təqdim edilir. Assistent üçün bu cür iş birinci və ya ikinci kurs tələbələrinə mühazirə demək, eləcə də fakültədə keçirilən elmi-tədqiqat layihələrində iştirak etmək ola bilər.

banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275