SOSİUM

Səhiyyədə elektron nəzarət başladı
18 MAY
306

Səhiyyədə elektron nəzarət başladı

2016-05-18 10:10:00

Səhiyyə Nazirliyi ölkədəki stasionar müəssisələrdə müalicə edilən xəstələrin sağlamlıq vəziyyətinə və stasionarların fəaliyyətinə elektron formada nəzarət etməyə başlayıb. Fins.az xəbər verir ki, bunun üçün nazirliyin tabeliyində stasionar müəssisələrin elektron nəzarət sistemi qurulub. Bu sistemə stasionar müəssisələr tərəfindən xəstələrin xəstəlik tarixçələrindən çıxarışlar daxil edilir.

Bununla da elektron sistem vasitəsilə stasionarlarda müalicə olunan xəstələr barəsində tibbi məlumatlar - onların diaqnozları, xəstəxanada keçirdikləri müayinə və müalicələr barədə məlumatlar nazirliyin mərkəzi bazasına toplanılır. Bunun nəticəsində stasionar müəssisələrin fəaliyyəti ilə bağlı bir çox kriteriyalar üzrə analizlər aparmaq, onların fəaliyyətinin effektivliyini müəyyənləşdirmək mümkün olur.

Mənbə: “Trend”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272