SOSİUM

Temperatur 29 dərəcəyə çatacaq – HAVA PROQNOZU
04 MAY
504

Temperatur 29 dərəcəyə çatacaq – HAVA PROQNOZU

2016-05-04 12:21:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 5-nə olan hava proqnozunu açıqlayıb.

Bakı və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz hava gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 24-29, dağlarda gecə 4-9, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275