SOSİUM

Bakıda Polşa Universitetlərinin sərgisi keçiriləcək
21 APREL
424

Bakıda Polşa Universitetlərinin sərgisi keçiriləcək

2016-04-21 10:35:00

Azərbaycan Təhsil Cəmiyyəti təşkilatı “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin baş sponsurluğu ilə Azərbaycanda ilk dəfə “Study in Poland” kampaniyası çərçivəsində yalnız Polşa Universitetlərinin Təhsil Sərgisini təşkil edir. Fins.az xəbər verir ki, sərgi aprelin 23-24-dək ziyarətçilərin üzünə açıq olacaq. Hilton Hotelində təşkil olunan sərgidə Polşanın tanınmı dövlət və özəl universitetləri ilə yanaşı dil kursları da iştirak edəcək.

Azərbaycan Təhsil Cəmiyyəti tərəfindən təşkil olunan sərgidə tələbələrə Avropada yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar, dil kursları və bu sahə ilə əlaqədar digər məsələlər haqqında ətraflı məlumat veriləcək. Sərgidə Polşa universitetlərində təqaüd və endirimlə təhsil imkanları barədə məlumatlar da veriləcək. Sərgi 12:00-17:00-dək baş tutacaq. 

İki günlük sərgi müddətində müsabiqə yolu ilə iki şagirdə Polşada 3 həftəlik yay məktəbi, bir tələbəyə isə bir aylıq ingilis dili kursu, bir tələbəyə isə komputer hədiyyə olunacaq. Şagirdlər 3 həftəlik yay məktəbi müddətində başqa ölkə və şəhərləri görmək imkanı da əldə edəcəklər. 

Sərgidə iştirak üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək mümkündür. İştirak ödənişsizdir. 

http://www.akademi.az/tehsil-xeberleri/polsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275