SOSİUM

Azərbaycanda 11%-ə yaxın inflyasiya
15 APREL
285

Azərbaycanda 11%-ə yaxın inflyasiya

2016-04-15 13:05:00

2016-cı ilin ilk rübündə Azərbaycanda inflyasiya 11%-ə yaxın olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,0 faiz artmışdır. 

İNFLYASİYA BİR AZ AŞAĞI DÜŞÜB

Xatırladaq ki, 2016-cı ilin yanvar-fevral aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,0 faiz bahalaşmışdır. 

Yüksək inflyasiyanın səbəbi devalvasiyadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274