SIĞORTA

Avtomobilin icbari sığortası nədir?
02 İYUL
128

Avtomobilin icbari sığortası nədir?

2019-07-02 16:30:00

İcbari sığorta vasitəsi ilə, həm fiziki həm də hüquqi şəxslərin əmlaklarına vurulan zərərlərin əvəzinin ödənilməsi tətbiq olunur.

Fins.az-ın məlumatına görə, icbari sığorta olunan şəxsin avtomobilində sığorta hadisəsi baş verdiyi zaman qarşı tərəfin xərcləri qarşılanır.

Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:

Mühərrikinin silindrinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:
• Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
• Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
• Mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
• Motosiklеtlər və motorollerlər;
• Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri
• Trollеybuslar və tramvaylar.

Əgər siz avtomobil idarə edirsinizsə, sizin mütləqi şəkildə İCBARİ SIĞORTA şəhadətnaməniz olmalıdır, icbarı məcburi deməkdir 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027