SIĞORTA

Sığorta ehtiyatları bu hal üçün nəzərdə tutulur - FİNS
17 MAY
138

Sığorta ehtiyatları bu hal üçün nəzərdə tutulur - FİNS

2019-05-17 10:42:00

Bildiyiniz kimi sığorta sektoru ilə bağlı sizə mütəmadi maarifləndirici yazılar təqdim edirik. Bu dəfə sığorta ehtiyatlarının yerləşdirilməsi haqqında məlumat verəcəyik.

Fins.az xəbər verir ki, sözügedən məsələ barədə Sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Ümumi Müddəalarında bir sıra bəndlər yer alıb. Həmin bəndlərdə qeyd olunur ki, bu Qanunda göstərilmiş sığorta ehtiyatları sığortaçının müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün nəzərdə tutulur.

Sığorta ehtiyatlarının vəsaiti sığortaçının seçimi ilə aşağıdakı qaydada yerləşdirilə bilər (investisiya edilə bilər):

Dövlət qiymətli kağızlarının satın alınması - 70 faizədək; Bank və digər kredit təşkilatlarındakı depozit hesablarında - 80 faizədək;

Daşınmaz əmlakın və torpaqların habelə onlardan istifadə hüquqlarının satın alınması - 50 faizədək;

Qeyri-dövlət qiymətli kağızların, xarici valyutanın və onunla ifadə edilmiş qiymətli kağızların satın alınması 30 faizədək.

Cari sığorta ödənişlərinin verilməsi üçün bankdakı hesablaşma hesabında 5 faizdən az olmayaraq;

Digər investisiya sahələrinə - 10 faizədək.

Bir bankda və ya kredit təşkilatında bütün sığorta ehtiyatları vəsaitini 40 faizindən çoxu saxlanıla bilməz.

Sığorta ehtiyatlarının vəsaiti yerləşdirilən daşınmaz əmlakın və torpaqların dəyəri onların bazar qiymətini 80 faiz miqdarında qəbul edilir.

                                                                           Müəllif: Elmir Murad

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264