SIĞORTA

"AXA" Sığrota daha bir ölkədə rebrendinq oldu - FİNS
14 MAY
343

"AXA" Sığrota daha bir ölkədə rebrendinq oldu - FİNS

2019-05-14 11:28:00

Bir çox ölkələrdə fəaliyyət göstərən “AXA Sığorta” Ukraynada rebrendinq (adını dəyişmə) edəcək. Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynada ediləcək dəyişiklikdən sonra şirkət “ARX Sığorta Şirkəti” adlanacaq.

“AXA Həyat Sığorta” isə  bundan sonra “ARX Life” brendi adı altında fəaliyyət göstərəcək. Şirkət rəsmiləri rebrendinqin səbəbini son zamanlar sadə adların daha çox və tez trendə çevrilməsi ilə izah ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda fəaliyyət göstərən “AXA Mbask” sığorta şirkətinin lisenziyası geri alınıb.

                                                                              Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264