SIĞORTA

Daha 3 nəfərə sığorta vasitəçiliyi üçün lisenziya verildi - FİNS
06 MAY
293

Daha 3 nəfərə sığorta vasitəçiliyi üçün lisenziya verildi - FİNS

2019-05-06 11:23:00

Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.

Fins.az Palataya istinadən xəbər verir ki, nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 3 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.  

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

 

Attestasiyanın nəticələrinə dair məlumat (rəhbər şəxslər)

Soyadı, adı, atasının adı Sığortaçının adı, topladığı bal

1. Hüseynova Leyla İlqar qızı “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin üzvü 66 bal

2. Sahibsoy Rüfət Sahib oğlu “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti Baş mühasib 92 bal

 

Attestasiyanın nəticələrinə dair məlumat (sığorta vasitəçiləri)

Soyad, ad, atasının adı, topladığı bal

 1. Korşunov Roman Dmitriyeviç 81 bal

2. Rüstəmov Ramil Tahir oğlu 69 bal

3. Musayev Ədnan Yusif oğlu 77 bal

                                                                                     Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263