SIĞORTA

"Atəşgah Sığorta”nın zərəri azalıb
04 APREL
238

"Atəşgah Sığorta”nın zərəri azalıb

2019-04-04 09:54:00

“Atəşgah Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 42,117 mln. manat təşkil edib.

Fins.az Report-a istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2% azdır.

2018-ci ildə “Atəşgah Sığorta”nın cəmi öhdəlikləri 0,5% artaraq 30,166mln. manata çatıb, cəmi kapitalı isə 7,9% azalaraq 11,951 mln. manata düşüb.

Ötən il “Atəşgah Sığorta”nın gəlirləri 40,964 mln. manat (əvvəlki ilə nisbətən 3,5% çox), xərcləri isə 41,734 mln. manat (2,8% çox) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 770 min manat zərərlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 25% azdır.

Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i "ISR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264