SIĞORTA

İcabari tibbi sığorta modelinə daha çox bu tibbi müəssisələr uyğundur - Millət vəkili
09 FEVRAL
691

İcabari tibbi sığorta modelinə daha çox bu tibbi müəssisələr uyğundur - Millət vəkili

2019-02-09 14:25:00

İcbari Tibbi Sığortanın xidmətlərinin həyata keçirilməsi üçün  publik hüquqi şəxslər yaradılcaq. Artıq Təbib publik hüquqi şəxsin yaradılması ilə bağlı prezident fərman verib və belə bir hüquqi şəxs yaradılıb. Bu il hazırlıq ili ərzində səhiyyə nazirliyinin nəznində olan bir çox müəssisələr hansı ki, icbari tibbi sığorta xidməti göstərəcəklər , onlar da publik hüquqi şəxsə çevrilərək təbibin tərkibinə daxil olacaqlar. Fins.az xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev bildirib.  Bütün səhiyyə müəssisələri istələr də icbari tibbi sığorta ilə maliyyələşərək işləyə bilməyəcəklər. Çünki bundan ötrü müvafiq standartlar var və bu standartlara cavab verilməlidir. Bunun üçün həm o səhiyyə müəssisəsinin maddi texniki bazası həm də kadr hazırlığı , informasiya resursları və s məsələlərdə standartlara cavab verməlidirlər. Bütün bunların hamısının atestasiyası keçiriləcək. Hansı müəssisələr daha çox icbari tibbi sığorta fəaliyyəti göstərməyə uyğundursa onlarla müqavilə bağlanacaq və ilkin mərhələdə onlar bu xidmətləri həyata keçirəcəklər. Eyni zamanda özəl səhiyyə müəssisələrindən də icbari tibbi sığorta agentliyinin və yaxuddakı təbib publik hüquqi şəxsin müqavilə bağlamaq hüquqi vardır. Çünki icabari tibbi sığorta modelinə daha çox uyğun hal-hazırda özəl səhiyyə müəssisələridir. Özəl səhiyyə müəssisələri həm maliyyələşmə mənbələri həm də onların könüllü tibbi sığorta da işləmək təcrübələri vardır. Könüllü tibbi sığorta artıq neçə ildir ki, ölkəmizdə tətbiq olunur və könülli tibbi sığortanı sığorta agentlikləri ancaq özəl kliniklarla bağlayır. Çünki dövlət klinikalarının belə bir xidmət göstərmək hüquqi yoxdur. Buna görə düşünürəm ki, hansı müəssisələr özəl və ya dövlət olmağından asılı olmayaraq daha çox hazırdısa icbari tibbi sığorta agentliyi birinci onlarla müqavilə bağlayacaq.  

Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266