SIĞORTA

Səyahət sığortası üzrə ödənişlər 2 dəfə artıb
31 YANVAR
297

Səyahət sığortası üzrə ödənişlər 2 dəfə artıb

2019-01-31 15:55:00

2018-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3 mln. 758,1 min manat olub. Fins.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, yanvar-noyabr aylarındakı göstəricidən 153,3 min manat və ya 4,25% çoxdur. Bir il əvvəl ilə müqayisə etsək, xaricə səfər edən vətəndaşların sığortası üzrə yığımlar 657,9 min manat və ya 21,22% çoxdur. Xaricə səfər edən vətəndaşların sığortası ödənişlərə gəlincə, bu ilin yanvarın 1-nə bu rəqəm 749,5 min manat təşkil edib ki, bu, yanvar-noyabr ayları ilə müqayisədə 61,6 min manat və ya 8,95%, 1 il əvvəl ilə müqayisədə isə 373,9 min manat və ya 1,99 dəfə çoxdur. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262