SIĞORTA

Avtonəqliyyat vasitəsi ilə vurulmuş piyada 5 min manata qədər pul ala bilər
10 YANVAR
985

Avtonəqliyyat vasitəsi ilə vurulmuş piyada 5 min manata qədər pul ala bilər

2019-01-10 17:31:00

Avtonəqliyyat vasitəsi ilə vurulmuş piyada 5 min manata qədər təzminat ala bilər. 

Bakı/17:34/Xeybər Heydərov/ Fins.az

Nəqliyyatın icbari sığortasında, sığorta şirkəti, sağlamlığa dəyən zərərə görə, 50 min manatlıq öhdəçilik daşıyır. Yəni avtomobili, icbari sığortalı şəxs, bu avtomobillə piyadanı vurarsa, sığorta şirkəti, piyadaya sığorta ödənişi etməlidir. Əlbətdəki,  əgər qəza törədən avtomobil sahibinin, maşının icbari sığortası varsa.

Fins.az xəbər verir ki, bu sözləri sığorta mütəxəssisi Nicat Əlibəyli bildirib. Mütəxəssisin sözlərinə görə, sağlamlığa dəyən ziyana görə icbari sığorta, bir şəxs üçün 5 min manata qədər ödəniş etməlidir. Ümumilikdə isə bir neçə nəfərə dəymiş ziyana görə icbari sığorta   50 min manata qədər ödəniş edə bilər. Digər tərəfdən 3-cü şəxsin sağlamlığına naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsi ilə zərər vurulubsa bu kompensasiya icbari sığorta tərəfindən ödənilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264