SIĞORTA

Sosial Sığorta haqqında qanunda nə dəyişib ?
08 YANVAR
235

Sosial Sığorta haqqında qanunda nə dəyişib ?

2019-01-08 10:04:00

Vergi Məcəlləsində edilən dəyişikliyə görə, sosial ödənişlər artıq Vergilər Nazirliyinə ödənməlidir. Qaydaların tənbzimlənməsi barədə isə iqtisadçı ekspert Fins.az-ın suallarını cavablandırarkən bunları bildirib. 

Müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə olan müxabirləşmələr necə tənzimlənir?
Cavab: Qeyd edim ki, Sosial Sığorta haqqında qanunda bununla bağlı dəyişiklik olmayıb. Buna əsasən burda da köhnə qayda qalacaq. Ümumiyyətlə vergiyə sadəcə yığım və onunla bağlı sanksiyalar aiddir. Digər sosial məsələlər isə DSMF-nin səlahiyyətindədir. Fins.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rauf Qarayev bildirib. 
Əmək qabiliyyətinin itirilməsinə 14 gün görə vəsaitin ödənilməsi işəgötürənin üzərinə düşürdü, 14 gündən sonra isə DSMF-nin üzərində idi. Bu halda bundan sonra  bu öhdəliyin icrası hansı orqanın üzərində olacaq?
Cavab: Yığımlar verginin üzərində olmağına baxmayaraq, köçürmələr DSMF tərəfindən həyata keçirilməlidir. Bunun üçün isə, Maliyyə Nazirliyindən vəsait ayrılmalıdır vəya Vergilər Nazirliyinin fondundan bu vəsait ödənilməlidir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256