SIĞORTA

“Standard İnsurance” tələbələrlə tədris ilinin son görüşünü Sumqayıt Dövlət Universitetində keçirdi
25 DEKABR 2018
529

“Standard İnsurance” tələbələrlə tədris ilinin son görüşünü Sumqayıt Dövlət Universitetində keçirdi

2018-12-25 17:26:00

ASC “Standard İnsurance” Sığorta Şirkəti 2017-2018-ci tədri ili üçün tələbələrlə son görüşünü keçirdi.

Bu dəfə şirkətin nümayəndələri Sumqayıt Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə görüşdü. Universitetin karyera mərkəzinin əməkdaşı Araz Tarverdiyev çıxış edərək belə bir təklif olunduğuna görə Şirkət nümayəndələrinə təşəkkürünü bildirdi və bu əməkdaşlığın uğurlu nəticə verəcəyinə inandığını vurğuladı.

Tələbələrin sığorta sahəsində məlumatlandırılması və karyeralarını sağlam bünövrə üzərində qurmalarını hədəfləyən görüşdə sığorta sahəsinin inkişaf istiqamətləri müzakirə olundu. Şirkətin Korporativ Satış Departamentinin direktoru Anar Xələfov, İnsan resursları və kargüzarlıq şöbəsinin rəisi Rəşid Qafarov çıxış edərək Şirkətin strukturu ilə tələbələri tanış etdilər və təcrübə keçmələri üçün hər bir şəraitin yaradıldığını bildirdilər. Hazırda Şirkətin Sumqayıt nümayəndəliyinin rəhbəri olan Nizami Ələmov Sumqayıt Dövlət Universitetinin məzunu olduğunu və illər sonra həmin universitetin tələbələri ilə görüşün onun üçün əhəmiyyətini vurğuladı... Məlumat üçün bildiririk ki, ASC “Standard İnsurance” Sığorta Şirkətinin 2017-2018-ci il üzrə “Karyerada ilk addımlar” layihəsi çərçivəsində bir çox təhsil müəssisələrində - Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Quba, Qusar, Xaçmaz Peşə Liseylərində - təşkil olunmuş görüşləri uğurla başa çatmışdır. 2018-2019-cu tədris ilində yeni görüşlərin keçirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269