SIĞORTA

PAŞA Sığorta Yeni il münasibətilə “Uğur çarxı” hədiyyə kampaniyasına start verir
21 DEKABR 2018
347

PAŞA Sığorta Yeni il münasibətilə “Uğur çarxı” hədiyyə kampaniyasına start verir

2018-12-21 10:44:00

PAŞA Sığorta şirkəti qarşıdan gələn Yeni il münasibətilə könüllü avtomobil sığortası (KASKO) üzrə “Uğur Çarxı” adlı hədiyyə kampaniyası elan edir.

Yanvarın 31-dək PAŞA Sığortadan KASKO könüllü avtomobil sığortası əldə edəcək müştərilər kampaniyadan faydalanaraq şirkətdən Yeni il hədiyyəsi qazanacaqlar. Beləliklə, minimal 450 AZN sığorta haqqı ilə KASKO sığortası əldə edən hər bir fərdi müştəri uğur çarxı vasitəsilə təsadüfi qaydada hədiyyə əldə edəcək. Bunun üçün müştərilərə xüsusi onlayn interfeys təqdim ediləcək və burada onlar uğur çarxını fırladaraq təsadüfi qaydada seçilən hədiyyəyə sahib olacaqlar.

Kampaniyanın şərtlərinə əsasən 450-2500 AZN sığorta haqqına malik KASKO müştəriləri üçün çarxın üzərində 100 AZN nominallı Azpetrol, Sabina Perfumery & Cosmetics, Maxi.az, Bravo, MyBrands hədiyyə kartları, Marxal Resort & Spa Hotelində 2 nəfərlik gecələmə və avtomobil üçün video-qeydiyyat cihazı yer alacaq. Sığorta haqqı 2500 AZN-dən yüksək olan müştərilərə təqdim ediləcək çarxın üzərində isə təsadüfi seçim üçün 200 AZN nominallı Azpetrol, Sabina Perfumery & Cosmetics, Maxi.az, Bravo, MyBrands hədiyyə kartları, Marxal Resort & Spa Hotelində 2 gecəlik qalma, avtomobil üçün video-qeydiyyat cihazı + bluetooth qarnitur yerləşdiriləcək.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz. 

Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264