SIĞORTA

Mustafa Abbasbəyli: "2019-cu ildə əsəs yeni sığorta növü olaraq kənd təsərrüfatını görürük" - MÜSAHİBƏ
06 DEKABR
477

Mustafa Abbasbəyli: "2019-cu ildə əsəs yeni sığorta növü olaraq kənd təsərrüfatını görürük" - MÜSAHİBƏ

2018-12-06 15:56:00

Fins.az Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Mustafa Abbasbəylinin müsahibəsini təqdim edir: 

Sizi “Sığortaçılar liqası” futbol turnirini keçirməyə nə vadar etdi?

Asossasiya olaraq şığorta şirkətlərinin əməkdaşları arasında həmrəyliyi , münasibətləri sıxlaşdırmaq üçün mütamadi olaraq belə tədbirlər keçiririk. Futbol üzrə “Sığortaçılar Liqası” artıq  üçüncü dəfədir keçirilir. Çempionatda  İcbari  Sığorta bürosunun və Maliyyə  Nəzarət Palatasının komandalarından ibarət 10 sığorta şirkəti iştirak edib. Bundan əvvəl biz, boulinq  turniri, olimpiadalar keçirmişik. Yaxın vaxtda şahmat  turniri  təşkil etməyi düşünürük. Asossasiya olaraq müxtəlif üsullarla, əyləncəli tədbirlərlə yalnız sığorta sektorunu təmsil edən şəxslərin münasibətlərini sıxlaşdırmağa çalışırıq.

2019-cu ildə sığorta sahəsində nə yeniliklər gözlənilir?

Cənab prezidentin təstdiq etdyi strateji yol xəritələrinin biri də maliyyə xidmətinin inkişafına dair strateji yol xəritəsidir. Bu strateji yol xəritəsində sığortaya da müəyyən yer ayırılıb. Burada mikrosığorta, icbari sığorta növlərinin  artırılması, kənd təsərrüfatı sığortası və müştərək sığorta növlərinin inkişafı sığorta bazarının üzərinə öhdəlik kimi qoyulmuşdu. Bu 4 istiqamət üzrə nəzərət orqanında, bizdə və sığorta şirkətlərində ciddi işlər gedir. Kənd təsərrüfatı sığortası ilə bağlı bu il kifayət qədər ciddi işlər gedib. Qanun layihəsi hazırlandı və bu layihə bütün dövlət orqanları ilə müzakirə edildi. Hazırda bu qanunun qəbul olunma mərhələsinə yaxınlaşmışıq. Düşünürük ki, payız sessiyasında və ya növbəti ilin yaz sessiyasında bu qanunun qəbulu gözlənilir. Bu qanun qəbul olduqdan  sonra Azərbaycanda  kənd təsərrüfatı sığortasının Türkiyə TASİM modeli əsasında qurulması məsələsi müzakirə olunacaq. Bu da sığorta bazarına ciddi bir yenilik gətirəcək. 2019-cu ildə əsəs yeni sığorta növü olaraq kənd təsərrüfatını görürük. Əlavə  olaraq icbari  tibii  sığortalarla da işlər gedir. Biz həkimlərdə peşə məsuliyyətinin icbariləşməsi üzərində ciddi işlər aparırıq. Bununla bağlı böyük təklif hazırlayıb nəzarət orqanına ünvanlamışıq. Əlavə olaraq, düşünürük ki, inşaat sahəsində , tikinti işlərində məşğul olan şirkətlərin məsuliyyət sığortasını icbariləşdirmə məsələsini gündəmə gətirək. Çünki dünya təcrübəsində bu sığorta növü icbaridir. Bu sığorta növü əhamiyyətlidir və kifayət qədər riskli bir sahədir. Burada bir neçə sığorta növü var. Evin sona qədər tikilməməsi üzrə bir sığorta növü var. Məsələn tikintisi tam başa çatmayan bir binadan ev alırıq, amma 3-4 il keçir, yenə də tam hazır olmur. İstəyirik, bu sığorta növünü Azərbaycana gətirək.

Bizim sığorta şirkətləri Avropanın şığorta şirkətləri ilə əməkdaşlıq edirmi?

Sığorta sistemi elə bir sistemdir ki, mütləq bütün dünyanın sığorta  şirkətləri ilə əməkdaşlıq etməyi duyulur. Çünki təkrarsığorta deyilən bir şey var. Qanunvericiliyə əsasən sığorta şirkətləri şəxsi tutumlarından yuxarı olan hissəsini təkrarsığortaya yönləndirməlidirlər. Bu baxımdan yerli sığorta şirkətləri bir çox Avropa sığorta şirkətləri ilə mütamadi əməkdaşlıq edirlər. Amma orada olan xidmət keyfiyyəti, sığorta haqlarının həddinin bu gün Azərbaycana gətirilməsi məsələsi bir anlıq mümkün deyil. Misal üçün, əgər 10 min manatlıq maşın Azərbaycanda 300 manata sığortalanırsa, Rusiyada 900 Almaniyada isə 2 min manata sığortalanır. Biz burada ucuz sığorta tarifləri ilə müştəriləri cəlb etməkdə çətinlik çəkirik. Əgər sığorta tarifləri Rusiya və Almaniyadakı kimi olsa təəssüflər olsun ki müştəriləri cəlb etmək mümkün olmayacaq.

Azərbaycanda hansı sığorta şirkəti keyfiyyət baxımından digərlərindən yaxşıdır?

Kapitalları , işçilərin sayları böyük olan sığorta ənənələri uzun olan şirkətlər “Paşa Sığorta”, Atəşgah Sığorta”, ”AXA Mbask” , “Atasığorta”, sığorta şirkətləri xidmət keyfiyyətləri kifayət qədər yaxşıdır. Əsas odur ki, doğru istiqamətdə xidmət keyfiyyətlərini artırılmasında doğru yoldadırlar. “A group” sığorta şirkəti tibbi sığorta üzrə kifayət qədər yaxşı təcrübəsi olan sığorta şirkətlərindən biridir. Bəlkə də ən yaxşısıdır.

Cənab prezidentin fərmanı ilə bu il Maliyyə Bazarlarına Nəzarət Palatasında ciddi dəyişiklər baş verib. Bu dəyişiklik sığorta sahəsində nəyi dəyişdirdi?

Düşünürəm ki, Palatanın fəaliyyətinin passiv olmasının səbəbi Palatanın strukturundakı olan bir məsələ idi.  Cənab prezidentin Palata ilə bağlı fərmanından sonra Palata işlək vəziyyətə gəldi. Çevik bir mexanizm ortaya qoyuldu. Yəni ikili idarə sistemi deyil, bir pilləli idarə sisteminə keçid oldu. Bu da qərarların qəbul olunmasında çevikliyi artırır. Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası çevik şəkildə fəaliyyət göstərəcək. Qərarlar  qısa bir zamanda qəbul olunacaq. Bu o deməkdir ki, ünvanlanan müraciətlərin cavablanması  tez  olacaq. Şikayətlərin baxılması tezləşəcək.

Azərbaycanda fəaliyyət göstərən sığorta ekspertlərinə münasibətiniz necədir?

İstənilən şəxs hansı sahə haqqında fikir bildirirsə, həmin sahə haqqında kifayət qədər məlumatlı olmalıdır. Fikirlər əsaslı və konstruktiv olmalıdır. Biz bilirik ki, pozitiv xəbər daha gec yayılır nəinki neqativ xəbər. Ekspertlər hansı bir mövzu haqqında fikir bildirəndə xüsusi ilə də neqativ olanda bilməlidirlər ki, neqativ fikir bizim ümumi işimizə ziyan gətirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255