SIĞORTA

ASC “Standard İnsurance” Sığorta Şirkəti 2017-2018-ci tədris ilində tələbə təcrübə proqramında iştirak etmiş tələbələrlə yekun görüş keçirdi
04 DEKABR
201

ASC “Standard İnsurance” Sığorta Şirkəti 2017-2018-ci tədris ilində tələbə təcrübə proqramında iştirak etmiş tələbələrlə yekun görüş keçirdi

2018-12-04 18:05:00

ASC “Standard İnsurance” Sığorta Şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə həyata keçirdiyi “Karyerada ilk addımlar” layihəsi çərçivəsində 2017-2018-ci tədris ilində tələbə təcrübə proqramında iştirak etmiş tələbələrlə görüş keçirdi.

Görüşdə İdarə Heyətinin sədri Anar Sadıxov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Biznes Universitetinin və Xəzər Universitetinin tələbələri, Müştəri xidməti şöbəsinin müdüri Rüstəm Əhmədov, İnsan resursları və kargüzarlıq şöbəsinin müdüri Rəşid Qafarov iştirak etdi.Tələbələrin Şirkətdə təcrübə keçdikləri dövrdə iş prosesində əldə etdikləri bacarıqlar barədə məlumat alan A.Sadıxov uğurlu karyera qurmalarına yardımcı olacaq tövsiyələr verdi. Onlarla söhbətdən sonra təcrübə keçdikləri dövrdə fərqlənən tələbələrə sertifikatlar təqdim edildi, gələcək işlərində uğurlar arzulandı. Sonda xatirə şəkli çəkildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256