SIĞORTA

Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb
29 NOYABR
193

Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb

2018-11-29 16:27:00

Azərbaycanda işçilərin dələduzluğu sığortası üzrə daxilolmalar artıb.

Fins.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, bu ilin yanvar-oktyabr ayları ərzində işçilərin dələduzluğu sığortası üzrə sığorta şirkətlərinin yığımları 611,3 min manat təşkil edib. Bu, yanvar-sentyabr ayları ilə müqayisədə 12,3 min manat və ya 2,05% dəfə çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisə etsək, ölkədə bu sığorta sinifi üzrə daxilolmalar 426,7 min manat və ya 69,8% azalıb.

Bu ilin yanvar-oktyabr aylarında işçilərin dələduzluğu sığortası üzrə ödəniş aparılmayıb. Qeyd edək ki, 2017-ci ilin yanvar-oktyabr aylarında eyni sığorta sinfi üzrə ödənişlər 1,719 mln. manat olub.

©Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256