SIĞORTA

Sığorta bazarının göstəriciləri AÇIQLANDI
28 NOYABR
388

Sığorta bazarının göstəriciləri AÇIQLANDI

2018-11-28 19:02:00

2018-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 617.2 mln. manat məbləğində sığorta haqları toplanıb, 205.9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Bu barədə Fins.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 462 milyon 653 min manat sığorta haqqı toplanmışdı. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 204 milyon 637 min manat təşkil etmişdi. Beləliklə, sığorta bazarı 33% artıb.

Cari ilin 10 ayında Könüllü sığorta bazarı üzrə haqlar 450.8 mln. manat, ödənişlər isə 149.7 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 166.4 mln. manat, ödənişlər isə 56.2 mln. manat olub.

2018-ci ilin yanvar-oktyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının   73.0%-i  könüllü, 27.0%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 72.7%-i könüllü, 27.3%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-oktyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256