SIĞORTA

ASC “Standard İnsurance” Sığorta Şirkəti sığorta səhəsində maarifləndirmə tədbirlərini davam etdirir
26 NOYABR
280

ASC “Standard İnsurance” Sığorta Şirkəti sığorta səhəsində maarifləndirmə tədbirlərini davam etdirir

2018-11-26 09:34:00

ASC “Standard İnsurance” Sığorta Şirkətinin təşəbbüsü olan “Karyerada ilk addımlar” adlı tələbə təcrübə layihəsi Azərbaycan Texnologiya Universitetinin təşkilatçılğı ilə Gəncə şəhərində baş tutmuşdur.

Fins.az xəbər verir ki, Universitet rəhbərliyinin, ASC “Standard İnsurance” Sığorta Şirkəti-nin İdarə Heyətinin sədrinin, departament və şöbə rəhbərlərinin, ASA –idarə heyətinin sədr müavini iştirak etdiyi bu tədbir digər universitetlərdə olduğu kimi interaktiv və məhsuldarlığı ilə seçilmişdir. ASC “Standard İnsurance” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Anar Sadıxov tələbələrə sığorta sahəsi kimi perspektivli bir sahədə gələcək karyeralarını uğurla başlaya biləcəkləri haqda danışdı.

Bununla yanaşı ASA –idarə heyətinin sədr müavini Vüqar Əliyev sığorta sahəsində olan inkişaf bairəsində tələbələrə geniş məlumat verildi, sığorta bazarında yeni nəsil sığortaçılara, savadlı sığorta vasitəçilərinə ciddi ehtiyac olduğu xüsusilə qeyd etdi və bu istiqamətdə aidiyyatı qurumların da atdığı müsbət addımlardan danışdı. Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (ASA) təşkilatçılığı ilə sığorta bazarının inkişaf istiqamətlərinin müəyyən olunması məqsədilə “Yol xəritəsi”nin hazırlanmasına dair işlərə başlanıldığını qeyd edildi. Həmçinin tədbirdə çıxış edənlər son dövrlər mətbuatda sığorta sahəsi üzrə peşəkarların, aparıcı ekspertlərin çıxışlarına istinadən bildirdilər ki, hazırda sığorta fəaliyyəti üçün lisenziya tələb olunsa da, əksər hallarda xüsusilə bölgələrdə sığorta məhsulları lisenziya malik olmayan və sığorta agentlərinin subagenti kimi fəaliyyət göstərən şəxslər tərəfindən satılır.

Bununla yanaşı, bölgələrdə sığorta agentləri az olduğuna görə, sığorta satışlarının da əsas hissəsi belə subagentlər tərəfindən həyata keçirildiyi bildirilib. Tədbir təşkilatçıları olan universitet rəhbərliyi və şirkət əməkdaşları hazırkı vəziyyətdə sırf sığorta mütəxəssislərinin çatışmazlığı prizmasından çıxış edərək universitetlərdə, orta ixtisas və peşə liseylərində müvafiq ixtisaslara geniş yer verilməsinə ehtiyac olduğunu, bu istiqamətddə geniş marifləndirilmə işlərinin aparılmasının vacibliyi bildirilmişdir. Bu məsələnin aidiyyatı qurumlar qarşısında qaldırılması təşəbbüsünün irəli sürüləcəyi xüsusi qeyd edilmişdir. Şirkətin belə tədbirlərin təşkil edilməsində əsas məqsədi sığorta bazarının inkişafına, bu sahə haqqında geniş marifləndirmənin aparılmasına dəstək olmaqdır. ASC Standard İnsurance Sığorta Şirkəti olaraq bildirildi ki, bu təşəbbüsə digər sığorta şirkətlərinin də qoşulması, qeyd olunan təşəbbüsə dəstək olaraq bu istiqamətdə əməkdaşlıq etmələri çox müsbət və sevindirici olardı. Tədbir iştirakçıları, tələbələr gələcəkdə bu formatda tədbirlərdə yalnız bir deyil, bir neçə sığorta şirkət əməkdaşının iştirak etməsinə ümüdlü olduqlarını bildirdilər. Ümumiyyətlə tələbə təcrübə proqramı çərçivəsində “Standard İnsurance” Sıgorta Şirkətinin təşəbbüsü ilə bu formatda görüşlərin mütəmadi xarakter daşıyacağı, qarşıda oxşar tədbirlərin planlaşdırıldığı qeyd edilmişdir. Tədbir tələbələr tərəfindən maraqla qarşılanmış və onları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255