SIĞORTA

Sığorta sahəsində "Produktor" nədir? MADDƏ 22
24 NOYABR
245

Sığorta sahəsində "Produktor" nədir? MADDƏ 22

2018-11-24 08:30:00

Bu Qanun sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə, sığortaların hüquq və mənafelərinin qorunmasına yönəldilir, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsini, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyəti (ekspert, aktuar, agentlik, broker və produktor fəaliyyətini) göstərmələrini, sığorta müqavilələrindən irəli gələn münasibətlərini tənzimləyir, sığorta sahəsində dövlətin səlahiyyətlərini müəyyən edir.

Bu Qanun sosial sığorta sahəsində yaranan münasibətlərə şamil edilmir.

Maddə 22. Produktor

Produktor həm sığortalı, həm də sığortaçıya münasibətdə bitərəf olan, sığortalıya müqavilənin şərtlərini aydınlaşdırmaqla sığortaçıya təqdim edilən təklifnaməsini hazırlamaqla kömək edən və sığorta hadisəsinin baş verməsinə təsir göstərə biləcək amillərdən ona məlum olanlarını sığortaçıya bildirməsi şərti ilə vasitəçilik fəaliyyəti göstərən hüquqi və ya fiziki şəxsdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256