SIĞORTA

"Müstəqil ekspertlər komissiyası” yaradılsın - Palataya təklif
12 NOYABR
259

"Müstəqil ekspertlər komissiyası” yaradılsın - Palataya təklif

2018-11-12 14:19:00

Sığorta xidmətləri sahəsində istehlakçı hüquqlarının pozulması halları ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinə (AİİB) daxil olan sikayətləri nəzərə alaraq AİİB tərəfindən Maliyyə Bazarına Nəzarət Palatasının idarə heyətinin sədri cənab İbrahim Alışova təkliflər göndərilib. 

Fins.az AİİB sədri Eyyub Hüseynovun təkliflərindən birini təqdim edirik: 

"Hazırda sığorta sahəsində qiymətləndirmə və ödəniş əsas mübahisəli problemlərdəndir. Bu sahədə problemin aradan qaldırılması Palatanın əvvəllər formalaşdırdığı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 95.3-cü maddəsinə əsasən sığorta sahəsində yardımçı fəaliyyət göstərən “müstəqil ekspertlər”in reyestrindəki şəxslərin təcrübəsindən yararlanmaq və onların müstəqilliyini daha da təkmilləşdirmək yəni Palata tərkibində “müstəqil ekspertlər komissiyası ” yaratmaq daha məqsədəuyğun olardı"

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256