SIĞORTA

"2019-cu ildə icbari tibbi sığortaya 224 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub" Nazir
05 NOYABR
236

"2019-cu ildə icbari tibbi sığortaya 224 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub" Nazir

2018-11-05 13:37:00

İcbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinə 2020-ci ildən başlanması gözlənilir.

Fins.az  xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, gələn il icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiqi məqsədilə yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə isə 2020-ci ildən başlanması gözlənilir.

“2019-cu ildə icbari tibbi sığortaya 224 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılacaq”, - deyə nazir diqqətə çatdırıb. Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251

DİGƏR XƏBƏRLƏR