SIĞORTA

“AtaSığorta” ASC 2018-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
18 OKTYABR
212

“AtaSığorta” ASC 2018-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı

2018-10-18 11:05:00

“AtaSığorta” ASC 2018-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlamışdır. Şirkətdən verilən məlumata əsasən cari ilin 9 ayı ərzində şirkətin ümumi sığorta haqqıyığımları 16,3 milyon manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 6,8 milyon manat (71,7 %) artmışdır. “AtaSığorta” ASC 2018-ci ilin 9 ayı ərzində 6,9 milyon manata yaxın sığorta ödənişi həyata keçirmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım3,6 milyon manat (112,9 %) olmuşdur.

Aktivlərinin ümumi həcmi 30,0 milyon manat civarında olan şirkət cari il ərzində nizamnamə kapitalını2,2 milyon manat (17,7%) artıraraq 14,6 milyon manata çatdırmışdır. “AtaSığorta” ASC-nin 2018-ci ilin 9 ayı üzrəbalans mənfəətixalis sığorta ehtiyatlarının dəyişməsi nəzərə alınmamaqla1,0milyon manatdan çox olmuşdur. Eyni zamanda cari ilin 9 ayı ərzində sığorta haqqı yığımlarının artması ilə əlaqədar olaraq sabitləşdirici ehtiyatlarla birlikdə cəmi 4.9 milyon manat əlavə ehtiyatlar yaradılmışdır.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

Eləcə də bax:“Atəşgah” 9 aylıq maliyyə məlumatlarını açıqladı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259