SIĞORTA

Kasko sığortasının icbari sığortadan 6 FƏRQİ
16 OKTYABR
799

Kasko sığortasının icbari sığortadan 6 FƏRQİ

2018-10-16 14:02:00

Sığorta eksperti Elçin Eyvazov Kasko Sığortasının İcbari Sığortadan fərlənən 6 amildən danışıb. Fins.az sığorta ekspertin məlumatını təqdim edir. 

Təəssüf ki, ölkəmizdə hər gün onlarca qəza olur bəlkədə yüzlərlə. Bəzən sürücülərin diqqətsizliyi üzündən, bəzən yol və hava şərtləri bu qəzalara səbəb olur. Həm nəqliyyat vasitələri, həm də insanlar bu qəzalardan zərər görür. Bu zərərlərdən yaranan xərclərdən xilas olmaq üçün Avtomobillərin Kasko və İcbarisığortası etdirərək lazımi tədbirləri görmək mümkündür. Bəli, sığorta deyiləndə isə həqiqətən ilk ağıla gələn "nəqliyyat vasitələrinin icbari sığortasıdır. Bunun tək səbəbi "məcburi” olmasıdır. Adətən məzmun etibatı ilə qarışdırılan ancaq əslində bir-birini tamamlayan bu iki sığorta növü arasında təbii olaraq müəyyən fərqlər var. Gəlin birlikdə bu fərqləri təhlil edək və beyninizdə yaranan sual işarələrini kökündən silək ataq.

1-Kasko istəyə bağlı, İcbari nəqliyyat sığortası isə məcburidir.

- İcbari sığortasa sizin digər şəxslərə qarşı yaranacaq öhdəliklərinizi təminat altına aldığı üçün məcburidir.

- Kasko isə sizi və avtomobilinizi təminata aldığı üçün istəyə bağlıdır.

2- İcbari sığorta qarşı tərəfin, kasko isə sizin avtomobilə dəymiş ziyanı qarşılayır.

-  Avtomobillərin İcbari sığortası hadisə baş verdikdə qarşı tərəfin ziyanını qarşılayır. Yəni sizin məsuliyyətinizi qarşılayır. Sizin avtomobilinizdə yaranacaq hər hansı bir zədə və ya sizin müalicə xərclərinizi qətiyyən ödəmir.

- Kasko siğortası isə avtomobilinizə dəyən ziyanı qarşılayan sığorta növüdür. Qəza halında avtomobilinizə və sizin (təminata görə sürücülərində) sağlamlığınızla bağlı əmələ gələn bütün xərcləri ödəyir. Bundan başqa, oğurluq, yanğın, partlayış, yol nəqliyyat hadisəsi və s. hallarda yaranacaq zərərləri də şəhadətnamədə göstərilən təminatlar ölçüsündə qarşılayır.

3-Riskləri qarşılama məhdudiyyətləri fərqlidir

- İcbari nəqliyyat sığortası məhdudiyyətlərini hər il dövlət müəyyən edir və sabitdir. Qəza, yaralanma və ya ölüm halında bu məhdudiyyətlər üzərindən ödəmə aparılır. Bu limitlərin aşılması halında isə keçən hissənin məsuliyyəti sizə məxsusdur. Məsələn, bir qəza anında qarşı tərəfə7 000 AZN dəyərində ziyan vurmusunuz. İcbari nəqliyyat sığortası üzrə məhdudiyyəti 5000AZN isə artıq yaranan 2000 AZN xərc məsuliyyəti sizə aid olur. İcbari Nəqliyyat sığortasının məhdudiyyətləri istəyə bağlı olaraq dəyişməz.

- Kasko Sığortasının daşıdığı təminatlar sabit deyil. Yənişəhadətnamədə göstərilən təminatlar üzrə (yanğın, partlayış, oğurluq və .s) və ya əlavə təminatlar seçərək sığortalaya bilərsiniz.

 4-Sığorta haqqı fərqi

- Nəqliyyatın İcbari sığorta haqları dövlətin müəyyənləşdirdiyi təminatların üzərindən tarif üsuluna görə aparılır. Yəni hər bir sığorta şirkəti eyni riski eyni məhdudiyyətlər çərçivəsində qarşılamaq üçün eyni sığorta haqqı alır. Bu üzdən şirkətlərdən sığorta almaq üçün uyğun yol sığorta haqqının aşağı olmasını deyil xidmətə görə seçim etməniz daha yaxşı olardı.

- Kasko sığortasına isə vəziyyət daha fərqlidi. Kasko şəhadətnamədə göstərilən təminatlar fərqli olduğu üçün bu sığorta növündə məqsəd ən ucuzu tapmaq deyil, sizin üçün ən uyğun təminatları tapmaqdır. Budara Sığorta haqqı avtomobilinizin buraxılış ili, bazar dəyəri, sürücülük stajı və seçəcəyiniz təminatlara görə dəyişir.

5-İcbari Sığorta ilə Kasko-nun Qiymət Fərqinin Səbəbləri

Nəqliyyatın İcbari sığortasının təminatları daha aşağı və qarşıladığı risklər fərqli olduğu üçün bu sığorta növünün qiymətləri kasko ilə müqayisədə aşağıdır.

KASKO Sığortasının əhatə etdiyi təminatları və qarşıladığı zərərləri qeyd etdiyimiz kimi avtomobilin sığortasına görə daha geniş və fərqli olduğu üçün qiymət yuxarıdır. Məsələn, avtomobiliniz park edilmiş halında biri vurub qaçarsa, üzərinə əşya düşərsə, oğurlanarsa İcbari sığorta ilə qətiyyən bu hallar ödənilməz. Halbuki Kasko sığortası iləavtomobiliniz başına gələn bu tip zərərlər (şəhadətnamədə göstərilən təminatlar əsasında) qarşılayır. Aralarındakı qiymət fərqinin əsas səbəbi budur.

6-Sığorta haqqı güzəştləri

İcbari Sığortada güzəştlər İcbari Sığorta Bürosu (İSB) tərəfindən tənzimlənir. Bu səbəbdən bu qiymətl bütün sığorta şirkətlərində eynidir. Yəni sığortalı il ərzində heç bir hadisə törətməyibsə ona 1 pillə yuxarı qalxır və 5% güzəşt əmsalı tətbiq olunur. Sığortalı bir neçə il ərzində hadisə törətməyibsə onun bonus əmsalı hər il yuxarı qalxır və o endirimlər alır. Əksinə sığortalı ötən il ərzində bir haidisə törədibsə, onun malus əmsalı müvafiq olaraq 1.6 olur və s.

Kasko Sığortası üzrə isə güzəşlər Sığorta Şirkəti tərəfindən tənzimlənir. Bu sığorta növündədə sığortalı il ərzində heç bir hadisə törətməyibsə ona güzəşt olunur və ya əksinə hadisə törədibsə şirkət növbəti il üçün sığortalamaqdan ya imtina edə bilər yada sığorta haqqını artıra bilər.

UNUTMAYIN: Nəticə olaraq kasko, nəqliyyat sığortası kimi məcburi olmasa da, sizi və avtomobilinizi yarana biləcək hər cür mənfi hala qarşı qoruyan bir qalxandır. İki sığorta növü bir-birinin alternativi deyil, tamamlayıcısıdır. Bu səbəblə, nəqliyyat sığortasının yanaşı mütləq kasko da istifadə etmənizi tövsiyyə edirəm.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254