SIĞORTA

Aviasiya işçiləri sığortaçı axtarır
16 İYUL
291

Aviasiya işçiləri sığortaçı axtarır

2018-07-16 09:44:00

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” Publik Hüquqi Şəxs öz işçiləri üçün könüllü tibbi sığortanın satınalınması məqsədilə kotirovka sorğusu elan edir.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 nömrəli ünvana (əlaqələndirici şəxs – Efendiyev Fərid Zakir oğluna, telefon: +994 12 497 26 00, daxili 54-02) müraciət edə bilərlər.

İddiaçılar iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-kotirovka sorğusunda iştirak etmək üçün yazılı müraciət;
-kotirovka sorğusu təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçının maddi-texniki bazası;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır).

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 26 iyul 2018-ci il saat 15.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 27 iyul 2018-ci il saat 11.00-da Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 nömrəli ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259