SIĞORTA

Bakıda məşhur hotelin sığortaçısı məlum oldu
09 İYUL
980

Bakıda məşhur hotelin sığortaçısı məlum oldu

2018-07-09 16:39:00
"Əmlak sığortasında 2 böyük risk götürmüşük". Bunu Fins.az-a müsahibəsində “Azərbaycan Sənaye Sığorta” şirkətinin İH sədri Kamran Babayev deyib. Onun sözlərinə görə, bunlardan biri “Fairmont Hotel Baku”nun sığortasıdır. Sığorta şirkəti aprel ayında hotellə müqavilə imzalayıb.  Müqaviləyə əsasən 1 il ərzində hotelin dəzgah sınmasından sığorta, elektron cihazların sığortası, daşınar və daşınmaz əmlakın sığortasını “Azərbaycan Sənaye Sığorta” həyata keçirəcək. Digər böyük risk isə xarici ölkədə əmlak sığortasıdır. K.Babayev kommersiya sirri olduğu üçün sığorta haqqı və yaxud sığorta öhdəliyinin həcmini açıqlamayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273