SIĞORTA

Avtomobil sığortasında bonuslarla bağlı -YENİLİK
29 İYUN
562

Avtomobil sığortasında bonuslarla bağlı -YENİLİK

2018-06-29 09:54:00

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə İcbari Sığorta Bürosu (ISB) elektron sisteminin fəaliyyəti ilə bağlı sığorta şirkətlərinin görüşü keçirilib. Fins.az xəbər verir ki, görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov, eləcə də “Atəşgah Sığorta, “AtaSığorta”, “AzSığorta”, “AXA MBASK”, “Qala Sığorta”, “Günay Sığorta”, “İpək Yolu Sığorta, “Meqa Sığorta”, “Paşa Sığorta”, “Standard Sığorta” ASC-lərinin rəhbər şəxsləri iştirak edib.

Görüş zamanı İcbari Sığorta Bürosunun elektron sistemi ilə bağlı tətbiq edilə biləcək yeniliklər müzakirə olunub, bonus-malus sisteminin şəxsə deyil, avtomobilə münasibətdə tətbiqi, sığorta şəhadətnamələri gözləmə müddəti zamanı ləğvetmə funksiyasının üzv şirkətlərə verilməsi, sığorta şəhadətnaməsi yazılarkən baş verə biləcək digər texniki səhvlərin aradan qaldırılmasının asanlaşdırılması və s. mövzular üzrə fikir mübadiləsi aparılıb.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250