SIĞORTA

Xərci borcunu ödəməyən sığorta şirkətlər -RENKİNQ
21 İYUN
471

Xərci borcunu ödəməyən sığorta şirkətlər -RENKİNQ

2018-06-21 11:28:00

2018-ci ilin yanvar-may ayları üzrə sığorta şirkətlərinin göstəriciləri məlum olub. Fins.az xəbər verir ki, zərərlilik göstəricisinə görə, "Qala Həyat" sığorta şirkəti birinci olub. Həyat sığorta şirkəti topladığı hər 100 manat qarşılığında 134,8 manat ödəniş həyata keçirib. "A Qroup Sığorta" 100.6% göstərici ilə siyahıda ikinci olub. Digər şirkətlərin ödənişləri yığımlardan az olub. Ən az zərərlilik isə "İpək Yolu Sığorta" və "Naxçıvan Sığorta"da müşahidə edilib. "İpək Yolu Sığorta" topladığı hər 100 manat qarşılığında cəmi 5,3 manat, "Naxçıvan Sığorta" isə 2,6 manat ödəniş edib. Sığorta şirkətlərinin zərərlilik üzrə tam renkinqi belədir: 

Sığortaçının adı Sığorta Haqları Sığorta Ödənişləri Zərərlilik
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 6,438.70 8,682.00 134.84%
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 2,964.50 2,983.50 100.64%
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 13,099.80 7,872.10 60.09%
“AZSIĞORTA” Açıq Səhmdar Cəmiyyəti 7,223.30 3,625.40 50.19%
“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 8,228.40 4,065.30 49.41%
“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2,936.90 1,345.60 45.82%
“Standard Insurance” Açıq Səhmdar Cəmiyyəti 3,002.80 1,316.00 43.83%
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2,948.30 1,231.60 41.77%
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti 8,080.50 3,263.10 40.38%
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 22,561.60 8,846.00 39.21%
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti 421.2 124.7 29.61%
“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 78,001.30 22,474.50 28.81%
“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti 536.4 138.7 25.86%
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti 3,695.10 864.9 23.41%
“Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti 102.8 22.4 21.79%
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 33,474.40 6,859.00 20.49%
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 128,907.00 21,499.10 16.68%
“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti 6,507.30 591.8 9.09%
“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 14,038.10 1,241.70 8.85%
“İpək Yolu Sığorta” ASC 7,542.50 399.8 5.30%
"Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti 110.4 2.9 2.63%
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257