SIĞORTA

Palata sığorta bazarının vəziyyətini açıqladı
14 İYUN
529

Palata sığorta bazarının vəziyyətini açıqladı

2018-06-14 18:30:00
Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta bazarı üzrə göstəriciləri açıqlayıb. Fins.az xəbər verir ki, bu ilin yanvar-may ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 350,8 mln. manat məbləğində sığorta haqları toplanıb, 97,5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.          

 Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 255,4 mln. manat, ödənişlər isə 69,8 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 95,4 mln. manat, ödənişlər isə 27,7 mln. manat olub.

Sığorta yığımlarının həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 46% artım, ödənişlərin həcmində isə 0,5% azalma qeydə alınıb. 

2018-ci ilin yanvar-may ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i  könüllü, 27%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 72%-i könüllü, 28%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

Sürücülərə sığorta pulu ilə bağlı şad xəbər - İSB-dən daha bir yenilik

Sığorta sinifləri Sığorta haqları Sığorta ödənişləri
Könüllü sığortalar üzrə - cəmi: 255,408.5 69,784.2
 o cümlədən:    
Həyat sığortası üzrə, o cümlədən: 138,086.2 37,356.4
     həyatın yaşam sığortası 113,315.1 36,744.2
     həyatın ölüm halından sığortası 23,382.4 612.2
     əmək qabiliyyətinin sığortası 1,356.5 0.0
     sağalmaz xəstəliklərdən sığorta 32.2 0.0
     annuitet sığortası 0.0 0.0
Qeyri-həyat sığortası üzrə, o cümlədən 117,322.3 32,427.8
Şəxsi sığorta,  o cümlədən: 55,675.5 26,849.6
    tibbi sığorta 53,221.1 26,380.9
    fərdi qəza və xəstəlik sığortası 1,243.3 107.1
    xaricə səfər edən vətəndaşların sığortası 1,211.1 361.6
Əmlak sığortası, o cümlədən: 61,646.8 5,578.2
əmlakın sığortası,  o cümlədən: 50,848.8 4,421.6
     əmlakın yanğından və digər risklərdən sığortası 27,793.6 443.2
     avtonəqliyyat vasitələrinin sığortası 10,825.8 3,673.3
     hava nəqliyyatı vasitələrinin sığortası 5,280.1 0.0
     su nəqliyyat vasitələrinin sığortası 2,849.9 0.0
     yüklərin (nəqliyyat) sığortası 2,379.0 22.1
     kənd təsərrüfatı heyvanlarının sığortası 947.4 218.6
     kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası 617.3 64.4
     dəmiryol nəqliyyatı vasitələrinin sığortası 92.1 0.0
     əmlakın sığortası ilə bağlı digər siniflər,  o cümlədən: 63.6 0.0
        - işçilərin dələduzluğu sığortası 63.6 0.0
        - pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta 0.0 0.0
        - titul sığortası 0.0 0.0
mülki məsuliyyətin sığortası, o cümlədən: 10,777.5 1,156.6
       ümumi mülki məsuliyyətin sığortası 5,564.3 809.8
       hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 2,075.8 299.9
       peşə məsuliyyətinin sığortası 1,875.5 1.7
       işəgötürənin məsuliyyət sığortası 599.4 18.1
       avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 430.1 27.1
       su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 182.2 0.0
       yük daşıyanın mülki məsuliyyətinin sığortası 50.2 0.0
       dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 0.0 0.0
       mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası 0.0 0.0
       hüquqi xərclərin sığortası 0.0 0.0
kredit sığortası, o cümlədən: 19.9 0.0
       kreditlərin sığortası 19.9 0.0
       ipoteka sığortası 0.0 0.0
qarışıq maliyyə risklərinin sığortası,  o cümlədən: 0.6 0.0
      işin dayanması ilə bağlı risklərdən sığorta 0.6 0.0
      əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta 0.0 0.0
İcbari sığortalar üzrə - cəmi: 95,412.7 27,666.0
 o cümlədən:    
Həyat sığortası üzrə 19,821.0 1,670.8
     İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
     qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
19,821.0 1,670.8
Qeyri-həyat sığortası üzrə, o cümlədən 75,591.7 25,995.2
      avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 34,926.1 20,338.0
       hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası 16,922.3 3,251.1
      daşınmaz əmlakın icbari sığortası 12,174.4 1,439.6
       məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası 11,304.9 900.6
      daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 165.6 65.9
      sərnişinlərin icbari fərdi qəza sığortası 69.6 0.0
     digər icbari sığorta növləri 28.8 0.0
YEKUN 350,821.2 97,450.1
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259