SIĞORTA

Xəyal Məmmədxanlıya vəzifə verildi
24 MAY
7899

Xəyal Məmmədxanlıya vəzifə verildi

2018-05-24 11:05:00

Azərbaycan Sığortaçılar Assosiasiyasının (Birlik) təşkilatçılığı ilə Birlik nəzdində yaradılan Vasitəçilər komitəsinin ilk görüşü baş tutub.

ASA-dan Fins.az-a verilən məlumata görə, sədr Mustafa Abbasbəyli sığorta vasitəçilərinin Birliyə üzvlüyünün yenilik olduğunu bildirib. O, 2018-ci ildə beş sığorta vasitəçisinin Birliyə üzv olduğunu, Müşahidə Şurasının növbəti görüşü zamanı isə daha iki vasitəçinin Birliyə üzv olmasının gözlənildiyini vurğulayıb.

Görüş zamanı komitə iştirakçıları sığorta vasitəçilərinin sığorta bazarındakı əhəmiyyətli rolundan bəhs edib. Sığorta vasitəçilərinin Birliyə üzv kimi qəbul olunmasının Azərbaycan sığorta bazarı üçün yeni bir istiqamət olduğunu və onun sığorta bazarının inkişafını dəstəklədiyini bildiriblər. M. Abbasbəyli Vasitəçilər komitəsinin sığorta bazarında onların maraqlarına toxunan bütün halların müzakirəsi üçün ortaq platforma olduğunu qeyd edib. 

Görüşün yekununda Vasitəçilər komitəsinin sədrinin “Zaman” Sığorta və Təkrarsığorta Brokerinin” baş kommersiya direktoru Xəyal Məmmədxanlının təyin olunması və bu barədə Birliyin Müşahidə Şurasına təqdimat verilməsi qərara alınıb.

Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin Müşahidə Şurasının 07.05.2018-ci il tarixli görüşündə Birlik nəzdində Vasitəçilər komitəsinin yaradılması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256