SIĞORTA

Əlihüseyn Qasımova “Dövlət Sığorta Şirkəti"ndə vəzifə verildi
14 MAY
1001

Əlihüseyn Qasımova “Dövlət Sığorta Şirkəti"ndə vəzifə verildi

2018-05-14 10:18:00

“Günay Sığorta” şirkətində daha bir kadr dəyişikliyi baş verib. Belə ki, şirkətin icraçı direktoru, Satış Blokunun rəhbəri peşəkar sığortaçı Əlihüseyn Qasımov vəzifəsindən uzaqlaşıb.
Fins.az xəbər verir ki, bundan sonra Ə.Qasımov yeni təyinatına uğun olaraq “Dövlət Sığorta” Şirkətinin Baş Satış Mərkəzinin direktoru vəzifəsini icra edəcək.  
Qeyd edək ki, bir müddət əvvəl “Günay Sığorta” şirkətinin Biznesin İnkişafı Blokunun rəhbəri Vüqar İbrahimov da vəzifəsindən ayrılıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

"Günay Sığorta"nın rəhbərliyindən ayrıldı

Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" 1992-ci ildən fəaliyyət göstərir. 25 illik inkişaf tarixinə malik olan şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur.
Dünya sığortaçıları ilə əməkdaşlıq çərçivəsində şirkət Türkiyənin ən böyük sığortaçılarından olan «Anadolu Sığorta» şirkəti ilə 20 ilə yaxın birgə fəaliyyət göstərib. Eləcə də risklərin bölüşdürülməsi sahəsində dünyanın tanınmış sığorta və təkrarsığorta şirkətləri ilə, o cümlədən "Zurich", "ACE", "Allianz Türkiye", "FM Global", "İnqosstrach", "Azre Təkrarsığorta" və digər tanınmış şirkətləri ilə əməkdaşlığını davam etdirir.
Hazırda 7,7 milyon manat nizamnamə kapitalına malik olan şirkət müştərilərə 19 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Onu da qeyd edək ki, “Günay Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış bir şirkətə çevrilib. (Fed.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267