SIĞORTA

PAŞA Sığorta şirkəti Yer kürəsi günü münasibətilə ekoloji aksiya keçirib
24 APREL
293

PAŞA Sığorta şirkəti Yer kürəsi günü münasibətilə ekoloji aksiya keçirib

2018-04-24 11:12:00

PAŞA Sığorta şirkəti Yer kürəsi günü münasibətilə “Yaşıl Bakı” əmlaksığortası məhsulunun Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində ağacəkmə aksiyası təşkil edib.

Paytaxtın Şıxov qəsəbəsində baş tutmuş ekoloji tədbirdə PAŞA Sığorta şirkətinin bir qrup könüllü əməkdaşı, həmçinin “Yaşıl Bakı” sığortasını əldə etmiş müştərilərin iştirakı ilə 200-dən çox ağac əkilib. Tədbirdə açılış nitqi ilə çıxış edən PAŞA Sığorta şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Nuranə Teymurova şirkətin öz missiyasının tərkib hissəsi olaraq sosial məsuliyyət öhdəliklərini bütünlüklə qəbul etdiyini və davamlı şəkildə bu istiqamətdə işlər apardığını bildirib: “PAŞA Sığorta olaraq öz fəaliyyətimiz çərçivəsində müxtəlif miqyaslı KSM layihələri reallaşdırırıq. Ekoloji rifahın yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslər bu layihələr sırasında xüsusi yer tutur. “Yaşıl Bakı” əmlak sığortası məhsulu şəhərimizin yaşıllaşdırılmasına töhfə verən unikal bir sığorta məhsuludur. Bu sığortanı əldə etməklə müştərilər həm əmlaklarını sığortalaya, həm də doğma şəhərimizə ağac hədiyyə edə bilərlər. PAŞA Sığorta olaraq gələcəkdə də bu cür tədbirləri davamlı təşkil edəcəyik və müştərilərimizi, tərəfdaşlarımızı bu cür təşəbbüslərdə yanımızda görməyə hər zaman şadıq”.

Qeyd edək ki, “Yaşıl Bakı” daşınmaz və daşınar əmlakın icbari və könüllü sığorta məhsuludur. Çinar, Cökə və Zeytun paketlərindən ibarət olan bu məhsulun əsas özəlliyi hər üç paketin tariflərinin öncədən müəyyən olunmasıdır ki, bu da hər kəsə özünə uyğun sığorta paketi seçimi etməyə imkan verir. Belə ki, Çinar paketinin sığorta haqqı 99 AZN, Cökə paketinin 149 AZN, Zeytun paketinin isə 199 AZN təşkil edir. Paketlər bir-birindən təminat şərtlərinə görə fərqlənir.

Bununla yanaşı, “Yaşıl Bakı” məhsulu əldə edilən zaman PAŞA Sığorta əməkdaşları tərəfindən paketlərin adına və sayına uyğun olaraq paytaxtın öncədən müəyyən olunmuş yerlərində ağaclar əkilir. Beləliklə, bu məhsulu əldə edən hər kəsin Bakının yaşıllaşmasında bir töhfəsi olacaqdır.

“Yaşıl Bakı” sığortasının daha bir üstünlüyü bu paketləri əldə edən hər kəsə müxtəlif ticarət obyektlərində endirim imkanı verən xüsusi “Yaşıl Bakı” kartının təqdim olunmasıdır.

“Yaşıl Bakı” sığortası, təminatlar və endirimlər barədə PAŞA Sığortanın rəsmi saytında yaxından tanış ola bilərsiniz: https://bit.ly/2zIeDmk

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249