SIĞORTA

Azərbaycanda Sığortaçılar Forumu keçiriləcək
12 APREL
432

Azərbaycanda Sığortaçılar Forumu keçiriləcək

2018-04-12 12:54:00

 Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının görüşü keçirilib. Fins.az xəbər verir ki, görüşdə Azərbaycan Sığortaçılar Forumu və Maliyyə sərgisinin keçirilməsi ilə bağlı məsələ geniş müzakirələrə səbəb olub. Mustafa Abbasbəyli Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə maliyyə sərgisinin keçirilməsi niyyətində olduğunu bəyan edib. Bu sərgidə məqsəd maliyyə sektorunun bütün iştirakçılarının – bank, sığorta və investisiya şirkətlərinin, həmçinin, maliyyə sahəsində fəaliyyət göstərən xarici şirkətlərin bir araya gətirilməsi, burada təmsil olunması və müasir informasiya-kommunikasiya texnologiyalarının maliyyə sektorunda tətbiqinin təşviq edilməsindən ibarət olduğunu bildirib. Mustafa Abbasbəyli qeyd edib ki, Maliyyə sərgisi keçirilən günlərdə Azərbaycan Sığortaçılar Forumunun da keçirilməsi nəzərdə tutulub.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268