SIĞORTA

Həyat Sığortası komitəsinin üzvləri təsdiqləndi
27 MART
402

Həyat Sığortası komitəsinin üzvləri təsdiqləndi

2018-03-27 16:19:00

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Həyat sığortası komitəsinin görüşü baş tutub. Fins.az xəbər verir ki, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli və Birliyin nümayəndələri, həmçinin, komitənin üzvləri qismində həyat sığorta şirkətlərinin nümayəndələri iştirak etdi. Görüşdə Həyat Sığortası komitəsinə “Atəşgah Həyat” ASC, “Qala Həyat” ASC və “Paşa Həyat” ASC-dən müəyyən edilmiş üzvlərin təsdiqlənməsi və komitənin fəaliyyət istiqaməti ilə əlaqədar digər məsələlər müzakirə edildi. Həmçinin, həyat sığorta sahəsi üzrə müvafiq məsələlərin komitənin gündəliyinə əlavə edilməsi təklif edildi və mübahisəli hesab olunan hallar barədə fikir mübadiləsi aparılaraq tələb olunan hallarda müvafiq addımların atılması qərar alındı.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində Həyat sığortası komitəsi, Qeyri-həyat sığortası komitəsi və Hüquq komitəsinin yenidən təşkili və komitə üzvlərinin müəyyən edilməsi qərara alınmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272